Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin Rusiyaya “kiçik qardaş” kimi baxır: Kremli çətin günlər gözləyir
Çin KP baş katibi Si Tzinpin və Rusiya prezidenti Vladimir Putin

Almaniyanın “Handelsblatt” qəzeti yazır ki, Putin nəhəng bir ölkəsi möhkəm nəzarət altında saxlamaq istəyir və sistematik olaraq Qərbə aparan körpüləri dağıdır, amma yolunu dəyişdirməyə hələ vaxt var.

Matias Briqmanın qələmə aldığı “Rusiyanın “qüdrətli dövlət” xəyalları Qərblə münasibətləri korlayır” başlıqlı məqalədə deyilir:

Çərşənbə axşamı çinli həmkarı ilə keçirdiyi mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov deyb ki, Rusiya ilə Avropa Birliyi arasında əlaqələr yoxdur. Böyük bir ölkənin baş diplomatı, əlbəttə ki, Avropa Birliyini günahlandırıb.

Beləliklə, Lavrov klassik mövqedə dayanıb: Oğru qışqırır ki, oğrunu tutun! Axı Qərbin sanksiyaları hər zaman diqqətlə yoxlanılıb tətbiq edilib və adətən, Kremli qorxutmaıyıb – bu sanksiyalar heç vaxt aqressiv xarakter daşımayıb, sadəcə, Moskvanın qəddar davranışına cavab olaraq tətbiq edilib. İndi Kremlin yeni kursu Qərbdən ayrılmaq və beləliklə özünü qorumağa yönəlib.

Qara dənizdə Ukrayna yarımadasının beynəlxalq hüquqa zidd olaraq mənimsənilməsi, qırmızı xətlərin Rusiyanın xeyrinə dəyişdirilməsi cəhdi idi. Amma Qərb açıq şəkildə buna qarşı çıxdı. O vaxtdan bəri Kreml başa düşdü ki, keçmiş Sovet respublikalarını tədricən ilhaq etmək siyasətini Qərbdə müqavimətlə qarşılaşacaq. Buna görə də o vaxtdan başlayaraq münasibətlər sistematik şəkildə pozulmağa başladı.

Hazırda Rusiya hakimiyyəti social şəbəkələri ölkədən çıxarmağı planlaşdırı. Həmçinin ayrıca olaraq Rusiya İnterneti qurulur. Microsoft proqram təminatlarının Rusiyanın rəsmi orqanları və şirkətlərinin kompüterlərindən silmək, dollarla ticarəti dayandırmaq və Çinlə ortaq ödəmə sistemini inkişaf etdirmək də yeni planların tərkib hissəsidir. Kreml Qərbin SWIFT ödəmə sisteminə etibar etmək əvəzinə Çini seçir.

Bu ayrılığın bir məqsədi və ödənəcək bədəli də var. Məqsəd: Putin çox uzun müddət hakimiyyətdə qalmaq və lazım gələrsə, müxalifəti əzmək istəyir.

Bunun əvəzinə, Rusiya Çin və digər avtoritar dövlətlərlə bir araya gəlməlidir. Çin həqiqətən də Rusiyanın hələ də Qərbdən aldığı bir çox malların yerini doldura bilər. Və Çinin də Rusiyanın neft, kömür və taxta məgsullarına Avropa qədər ehtiyacı var.

Klassik bir qələbə qazanma vəziyyətidirmi? Heç də belə deyil, çünki bədəli ağırdır. Rusiya Çin üçün yalnız kiçik qardaş ola bilər və Pekin Moskvaya elə bu prizmadan yanaşır.

Amma Qərb şirkətləri də Şərqdə qazanclı bir bazarı itirəcəklər. Amma hələ Kremlin öz kursuna düzəliş etməsi üçün vaxt var.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Azərbaycan efirində təhlükəli vəziyyət: “Bu, tezliklə həll olunmalıdır”
››› Prezident Qubadlıda məscidi sökənlərlə bağlı tapşırıq verdi
Son xəbərlər
Bütün xəbərlər »