Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvanda məmur və yüksək çinli zabitlərin oğulları arasında qanlı dava
İrəvan, Ermənistan

İrəvanın mərkəzində baş verən davada məmurların və güc strukturlarının yüksək rütbəli zabitlərinin oğulları bir-birini bıçaqlayıb.

“Yeni Sabah” erməni mediasına istinadən xəbər verir ki, “Mikaelyan” tibb mərkəzinə bıçaqlanmış şəxsin gətirilməsindən sonra hərəkətə keçən polis onun paytaxt sakini 27 yaşlı Armen Movsisyan olduğunu dəqiqləşdirib. Hələlik həkimlər iki yaralını xilas etməyə çalışırlar. Əməliyyat tədbirləri nəticəsində 32 yaşlı Armen Mkrtçyan və 35 yaşlı Mkritiç Mkrtçyan saxlanılıb. Onların qardaş olduqları bildirilir. Qardaşlarla birgə A.Movsisyan və 36 yaşlı Artem Mkrtçyan 18 yaşlı Artur Sardaryan, David Tonapetyan, Tiqran Paronikanyan, 21 yaşlı Vaqe Paronikyan, Qarik Varosyan, Sarkis Nikoqosyan, Melo Kirakosyan və Nikolay Mamyanla mübahisə edib.

Hakimiyyət böhranının davam etdiyi Ermənistanda belə kütləvi dava o qədər də təəccüb doğurmur. Lakin davada məmur və yüksək çinli zabitlərin övladlarının iştirakı geniş səs-küyə səbəb olub. Hələlik məmur və zabitlərin adları açıqlanmır.

Paylaş »
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »