Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda 125 ailənin həyatı təhlükədədir - Video
Bakı ətrafı

Bakıda palçıq vulkanlarının əhatəsində oln Binəqədi gölü üç su bataqlıq ərzisindən ibarətdir.

Bir tərəfdən Keyrəki və Abix, digər tərəfdən Böyükdağ və Kiçikdağ palçıq vulkanlar ilə əhatə olunub.

Əvvəllər gölün kənarında yaşayış məntəqələri yox idi.

Bizimyol.info xəbər verir ki, hazırda gölün ətrafında minlərlə yaşayış evi var.

Göl təbii göl olduğu üçün zəngindir. Yaxınlıqda yaşayanların sözlərinə görə, burada yaz-yay aylarında balıqçılar balıq tutur. Müxtəlif nadir görülən quşlar gölün ətrafında olur.

Ancaq acınacaqlısı budur ki, vulkanların arasında olan bu təbiət incisi layiqincə qorunmur. Bəzən elə yaxınlıqda yaşayanlar gölün ətrafına məişət tullantıları atır.

Göldən bir qədər aralı aktiv palçıq vulkanları olmasına baxmayaraq, dağ kəsilərək, yaşayış evləri salınıb. Hətta bəzi evlər vulkan ərazisinə o qədər yaxınlıqda tikilib ki, divarların dibində vulkan palçığı yığılıb.

Qeyd edək ki, vulkan ərazisində evlər 1990-cı illərdən sonra tikilməyə başlanıb.

Sonradan əraziyə Binəqədi rayon İcra Hakimiyyəti müdaxilə edib. Və ərazidə olan bəzi qanunsuz evlər sökülüb.

Bəzi əmlak sahiblərinə isə, xüsusi bildirişlər göndərilib.

Hazırda xüsusi təhlükəli hesab edilən ərazidə 70-ə yaxın ev var. Vulkan ətrafında xəndək qazılıb .

Daha ərazidə yeni yaşayış evlərinin tikintisinə icazə verilməsə də, ümumilikdə vulkan ərazisində125 dən çox ev tikilib.

Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, vulkan turizm əhəmiyyətli hesab edilsə də, əraziyə nadir halda turistlər gəlir. Ərazidə yollar bərbad olduğu üçün burada yaşayan sakinlər də çətinlik çəkir.

Vulkan ərazisində yaşayanların çoxu vulkandan qoxmasa da, qorxan, lakin çarəsizlikdən yaşayanlar da var.

Mütəxəssislərin fikrincə, vulkan püskürən zaman püskürmə məhsulları bir neçə kilometr əraziyə yayıla bilər. Bu səbəbdən də yaşayış evləri, obyektlər vulkan və onun təsir dairəsindən 1-1,5 kilometr uzaqlıqda tikilə bilər.

Xatırladaq ki, Keyrəki vulkanı 32 hektar, vukanın krrateri isə 2 hektar ərazini əhatə edir.

Vulkan sonuncu dəfə 2017-ci ildə püskürüb. O, tez-tez püskürən vulkanlardan hesab edilir. Rəsmi məlumatlara görə, bu günə qədər vulkan 17 dəfə püskürüb.

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »