Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk alim yasaqların tam aradan qaldırılacağı vaxtı açıqladı
Uğur Şahin, Özləm Türeci

Müxtəlif ağır xəstəliklərin tədqiqatlarında ixtisaslaşmış Uğur Şahin qlobal böhran dövründə xeyli məşhurlaşıb. Təsadüfi deyil, onun həyat yoldaşı Özləm Türeci ilə birlikdə hazırladığı Almaniya istehsalı peyvənd dünyada ən yaxşılardan sayılır. Ər-arvad bu xidmətinə görə bir çox mükafatlara layiq görülüb.

Bizimyol.info xəbər verir ki, Uğur Şahin hazırda dünyanı bürümüş məhdudiyyət tədbirlərinin nə baxt başa çatacağını açıqlayıb. Türk alimin fikrincə, Avropa və ABŞ-da yayın sonuna qədər yasaqlar tam aradan qaldırılacaq.

“Yayılma yenə də olacaq, amma bu, fon səs-küyündın başqa bir anlama gəlməyəcək. Əlbəttə, yeni növlər qeydə alacağıq. İstənilən halda baş verənlər bizi qorxutmayacaq”, - deyə Uğur Şahin “Welt am Sonntag”a müsahibəsində bildirib. Martın 19-dan Avropada üçüncü dalğanın yayıldığı elan olunub. Bir çox ölkələr qapanma qaydalarını sərtləşdirib. Bunların sırasına Uğur Şahinin yaşayıb fəaliyyət göstərdiyi Almaniya da daxildir.

Türk alim həyat yoldaşı ilə birlikdə “BioNTech” şirkətinin əsasını 2019-cu ildə qoyub. Şirkətin ilkin kapitalı 493 milyon dollar olub. “BioNTech” təkcə yarandığı ildə 179 milyon dollar gəlir əldə edib.

Qlobal böhran başlayandan Uğur Şahinin təsis etdiyi müəssisə bu sahədə tədqiqatlara böyük diqqət ayırmağa başlayıb. Buna qədər “BioNTech” bir sıra ağır xəstəliklərə qarşı peyvəndlər üzərində işləyirdi. Şirkət qısa müddətdə yeni böhranla mübarizədə önə çıxarmağı bacarıb. Onların hazırladığı peyvənd indi dünyada iki ən yaxşıdan biri sayılır. İnvestorlar bu iş üçün milyonlarla vəsait ortaya qoyur. Təkcə Sinqapurun “Temasek Holdings” şirkətlər qrupu Şahinin şirkətinə 250 milyon avro yatırıb.

Uğur Şahinin şirkəti peyvənd satışından milyardlar qazanır. Yaponiya 120, Böyük Britaniya 30 milyon doza sifariş edib. Onun məhsuluna ABŞ-da da böyük etimad göstərilir.

Uğur Şahin 1965-ci ildə Türkiyənin İskəndərun şəhərində doğulub. Dörd yaşında anası ilə birlikdə Almaniyanın Köln şəhərinə “Ford” şirkətində işləyən atasının yanına köçüb. Köln və Maynts universitetlərini bitirib. “Forbes” Uğur Şahinin sərvətinin 4.2 milyard dollara çatdığını açıqlayıb.

Paylaş »
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Videosu yayılan qazini dövlət nəzarətə götürdü - Video
››› AZAL-ın “möcüzə”si: İslandiyadan Türkiyəyə Azərbaycandan daha ucuz gedib-gəlmək olur
Son xəbərlər
Bütün xəbərlər »