Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koçaryanın məhkəməsi yenə təxirə salındı
Robert Koçaryan

Bu gün Yerevanda Ermənistanın ikinci prezidenti Robert Koçaryanla bağlı keçirilən məhkəmə prosesi yenidən təxirə salınıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, buna səbəb vəkillərin etiraz olaraq məhkəmə salonunu tərk etmələri olub.

Hakim prokuror Gevorq Baqdasaryanla bağlı qaldırılan vəsatətin müzakirəsini rədd edərək məhkəmənin ittiham aktının son hissəsini müzakirə etməyə başladığını elan edib. Bundan sonra Koçaryanın vəkilləri yekdilliklə "sirkdə iştirak etmək istəmədiklərini" söyləyərək məhkəməni tərk ediblər.

Danibekyan növbəti iclasda intizam pozuntularına görə vəkillərə qarşı sanksiya tətbiq edilməsi məsələsini müzakirə edəcəyini söyləyib. Növbəti məhkəmə prosesi işi martın 30-da baş tutmalıdır.

Xatırladaq ki, Robert Koçaryan və digərlərinin 1 mart işi üzrə bundan öncəki məhkəmə iclası da təxirə salınmışdı. Martın 16-da olan həmin məhkəmə sabiq müdafiə naziri Seyran Ohanyanın məhkəməyə gəlməməsi səbəbindən baş tutmamışdı. Bununla beşinci dəfədir ki, 1 mart işi üzrə məhkəmə prosesi təxirə salınır.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »