Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkələrdə dolların məzənnəsi niyə yüksəlir...
dollar

Rusiya ilə Türkiyənin müəyyən sahələrdə yaxınlaşması, müttəfiqlik üçün addımlar atması milli valyutaların məzənnəsində əks olunmağa başlayıb. Həm rubl, həm də lirə ciddi dəyər itirib. Hərçənd, valyutaların dollara, avroya münasibətdə çox zəifləməsinin yeganə səbəbi siyasi deyil.

Bizimyol.info xəbər verir ki, martın 22-də Türkiyədə dolların məzənnəsi 8.5 həddinə çatıb. Bu gün – yəni martın 23-də Türkiyə Mərkəzi Bankının prosesə ümumi müdaxiləsi müəyyən effekt verib. Lirə azacıq özünə gəlib. Amma mütəxəssislər Türkiyə milli valyutasının çətin günlərinin irəlidə olduğunu proqnozlaşdırır.

Rusiyada dolların məzənnəsi 76 rublu keçib. Avro 90 rubldan baha təklif olunur. Yaxın həftələrdə Rusiya milli valyutasının daha da zəifləcəyi gözlənilir.

Qonşu ölkələrdə dolların məzənnəsi niyə yüksəlir? Yeganə səbəb olmasa da, əsas amillərdən birinin siyasi yük daşıdığını danmaq mümkün deyil. Rusiyada müxalifət liderinə qarşı təzyiqlərin ardından məlum idi ki, irəlidə Kremli sanksiyalar gözləyir. Sanksiyalar isə rubla təsirsiz ötüşmür. Üstəlik, nəzərə almalıyıq ki, bu həftə Avropa İttifaqı Russiya ilə bağlı mövqeyini ortaya qoymalıdır. Türkiyə İstanbul Konvensiyasından imtina edəndə də bunun bazarda əksini tapacağını proqnozlaşdırmaq çətin deyildi. Siyasi səbəblər çox əhəmiyyətlidir.

Qlobal səhiyyə böhranı Türkiyə iqtisadiyyatına ciddi zərbə vurub. Lirə uzun müddətdir sabitlik tapa bilmir. Mərkəzi Bankın rəhbərliyində son 20 ay ərzində 4 dəfə dəyişiklik ediməsi də təsadüfi deyil. Mərkəzi Bankın valyuta ehtiyatları kəskin azalıb. Xarici ticarət kəsiri təxminən 2 dəfə artıb.

Türkiyənin valyuta ehtiyatları 90 milyard dollara qədər düşüb. Etiraf etmək lazımdır ki, belə böyük ölkə üçün çox aşağı göstəricidir. Türkiyə iqtisadiyyatının yaxşı günlər yaşamadığını açıq demək lazımdır. Bu halda lirənin məzənnə itirməsi heç təəccüblü görünmür.

Rusiyada ümumi həyəcan hiss olunur. Kreml sanksiyalardan qorxmadığını nə qədər göstərməyə çalışsa da, ölkənin düşünən kəsimi ciddi narahatlıq keçirir. Təkcə SWIFT sistemindən istifadə hüququnun itirilməsi ehtimalı Rusiya üçün çox əhəmiyyətli məsələdir.

Türkiyədə və Rusiyada milli valyutalar hələ bir müddət qeyri-sabit qrafik cızacaq. İndi bizim narahatlığımız daha çox manatla bağlı olmalıdır. Manatı hələlik nisbətən qənaətbəxş neft qiymətləri xilas edir. Hara qədər? Bunun üzərində ciddi düşünməyə ehtiyac var. Çünki Azərbaycan iqtisadiyyatı Rusiya və Türkiyə ilə sıx bağlıdır.

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Peskov Putinin Sibir sevgisindən danışıb
Son xəbərlər
Bütün xəbərlər »