Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beynəlxalq axtarışda olan 2 nəfər Rusiyaya təhvil verilib
Baş Prokurorluq

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Rusiya Federasiyasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Rusiya Federasiyasının ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilməsi barədə sorğular edilib.

Bizimyol.info xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Kələntərov Emil Ağa-Xəlil oğlunun – qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmağa cəhd etməsinə, külli miqdrada psixotrop maddələrin qaçaqmalçılığını etməsinə, bundan əlavə, Hüseynov Mirzəbala Rövşən oğlunun-külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etməsinə, satmaq məqsədi olmadan saxlamasına əsaslı şübhələr müəyyən edilib.

Hər iki şəxs barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxslərin yerinin müəyyən edilməsi əsası ilə Rusiya Federasiyasının Baş Prokurorluğunun Azərbaycan Respublikasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Emil Kələntərov və Mirzəbala Hüseynov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasına təhvil verilib.

Paylaş »
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› “Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan
››› Daha bir gənc həkim koronavirusdan vəfat edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »