Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sanksiyalar Putinə kömək edir”
Co Bayden və Vladimir Putin

Qərb-Rusiya münasibətləri tamam fərqli mərhələyə qədəm qoyub. Hadisələri ciddi izləməyənlər də gərginliyi hiss edə bilər. ABŞ-ın yeni prezidenti Co Bayden cümlələrə heç bir bəzək vurmadan rus həmkarı Vladimir Putini “qatil” adlandırıb. Yenə Rusiyaya mümkün sanksiya gündəmin əsas mövzularından birinə çevrilib.

Bizimyol.info xəbər verir ki, bu həftə Avropa İttifaqı şimal dövlətiylə bağlı vacib qərar verməlidir. Müxalifət liderinin həbsinə görə Rusiyanın cəzalanacağı gözlənilir. Baş verənlər, gözlənilənlər haqda İsveçrənin “Le Temps” qəzeti “Yabloko” partiyasının sədri Nikolay Rıbakovla danışıb.

“Heç şübhəsiz ki, Aleksey Navalnı siyasi məhbusdur. Rusiyada 300 belə siyasi məhbus var. Özü də onlar ehtimal olunan cinayətlərə görə yox, məhz siyasi fəaliyyyət üzündən həbs olunublar. Biz bütün siyasi məhbusları dəstəkləyirik. Onları azad etmək lazımdır”.

Rıbakov bundan sonra Navalnının milliyyətçi çıxışlarını bəyənmədiyini deyib. Onun fikrincə, Putini məhz həbs olunan müxalifətçi əvəz etməli deyil.

“Putinin yerinə elə adam gəlməlidir ki, azadlığı müdafiə etsin. Partiyamız 1993-cü ildə yaranandan deyirik ki, məqsəd vasitə qədər əhəmiyyətlidir. Navalnı isə bir çox qaydalara əməl etmir”.

Rıbakov Navalnını Putin kimi jurnalistlərin qabağına çıxmamaqda qınayıb. Amma “Yabloko”nun Putinin siyasi alətinə çevrilməsi fikrini də qəbul etməyib. Siyasətçi deyib ki, sistemin dəyişməsi üçün mübarizə aparırlar.

“Rusiyanın təkcə Avropa ilə yox, bütün dünyayla mürəkkəb münasibətləri var. Son illər Rusiya hökuməti müttəfiq əvəzinə düşmən tapmağa çalışıb. Bir çox siyasətçilər Qərblə münaqişəni sanksiyalara bağlayır. Qərbdən olan həmkarlara da deyirik ki, sanksiyalar əhəmiyyətsizdir. Bu Putinə yalnız kömək edir. Ona Qərbi tənqid etmək fürsəti yaradır, eyni zamanda, sadə insanların həyat şərtləri aşağı düşür”.

Rıbakov “Le Temps” nəşrinə müsahibəsində Putin haqda mümkün qədər sərt ifadələr işlətməməyə çalışıb. Partiya sədri Qərbin Kremlə tamam başqa metodlarla təsir göstərməli olduğunu dəfələrlə vurğulayıb.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Zelenski cəbhədə çətin anlar yaşadı - Video
››› Müstəntiqlər Moskvada qətlə yetirilən Əli Heydərovun ölümü ilə bağlı iki versiya irəli sürüb
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
Son xəbərlər
Bütün xəbərlər »