Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çindən Aİ-yə qarşı sanksiya qərarı
Çin Avropa ölkəsindən qisas almağa söz verib

Çin Avropa İttifaqının insan haqlarını pozma ittihamı ilə tətbiq etdiyi sanksiyalara cavab olaraq, bir sıra Aİ nümayəndələrinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsinə qərar verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Avropa Birliyi 22 martda Sincanda insan haqları pozuntuları ittihamı ilə çinli şəxslərə və təşkilatlara qarşı birtərəfli sanksiyalar tətbiq edib. Yalnız yalan və dezinformasiyaya əsaslanan bu addım, həqiqətləri görməməzlikdən gəlir və Çinin daxili işlərinə müdaxilə edir, beynəlxalq hüququ və beynəlxalq münasibətləri tənzimləyən əsas qaydaları açıqca pozur və Çin ilə Aİ arasındakı münasibətləri ciddi şəkildə sarsıdır”,- deyə Çin XİN-in bəyanatında qeyd olunub.

Bəyanata görə, Pekinin cavab sanksiyaları Avropa Parlamentinin beş üzvünü, Hollandiya, Belçika və Litva parlamentlərinin bir nümayəndəsini, iki elm adamını, həmçinin Avropa Birliyi Şurasının Siyasət və Təhlükəsizlik Komitəsini, Avropa Parlamentinin İnsan Hüquqları Alt Komitəsi, Gerxard Merkator Çinşünaslıq İnstitutu (Almaniya) və Demokratiya İttifaqı Vəqfini (Danimarka) əhatə edəcək. Bu şəxslərin və ailələrinin Honkonq və Makao da daxil olmaqla ÇXR-ə girişi qadağandır və təşkilatların artıq Çində ticarət etməsinə icazə verilmir.

“Çin tərəfi Aİ-ni özünə baxmağa, səhvinin ciddiliyini vicdanla dərk etməyə və onu düzəltməyə çağırır. Avropa Başqalarına insan hüquqları mövzusunda mühazirələr oxumağı dayandırmalı və ölkələrin daxili işləriə qarışmamalıdır”,- deyə bəyanatda əlavə olunub.

Qeyd edək ki, Avropa İttifaqı Xarici İşlər Şurası bu gün Brüsseldə keçirilən iclasda insan haqları pozuntularına görə ÇXR-ə qarşı sanksiya rejimi çərçivəsində məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsinə qərar verib. AB Şurasının qərarına görə, sanksiyalar bu tədbirlərin hədəf aldığı qanun pozuntularını, xüsusən Çinin Sincan bölgəsindəki uyğurların genişmiqyaslı qanunsuz həbslərini əhatə edir.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Azərbaycan efirində təhlükəli vəziyyət: “Bu, tezliklə həll olunmalıdır”
››› Prezident Qubadlıda məscidi sökənlərlə bağlı tapşırıq verdi
Son xəbərlər
Bütün xəbərlər »