Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vladimir Putin sabah koronavirusa qarşı peyvənd olunacaq
Vladimir Putin sabah koronavirusa qarşı peyvənd olunacaq

Rusiya Prezidenti Vladimir Putin sabah koronavirusa qarşı peyvənd olunacaq.

APA-nın TASS-a istinadən xəbərinə görə, koronavirusa qarşı peyvənd istehsalının artırılması barədə müşavirədə çıxış edən V. Putin bildirib ki, vaksinasiya hər kəsin şəxsi seçimidir: “Yeri gəlmişkən, mən sabah koronavirusa qarşı peyvənd olunmaq niyyətindəyəm”.

Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, V. Putin Rusiyada istehsal olunan 3 peyvənddən biri ilə peyvənd olunacaq.

Vaksinasiya prosesi geniş işıqlandırılmayacaq.

Son xəbərlər
Bütün xəbərlər »