Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 670 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 246974 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 233087 nəfər müalicə olunaraq sağalıb, 3366 nəfər vəfat edib, aktiv xəstə sayı 10521 nəfərdir.

Ölkədə son sutka ərzində 5928, hazırkı dövrədək isə 2782463 test aparılıb.

Son xəbərlər
Bütün xəbərlər »