Erməni fəal İşxan Verdyan Prezident İlham Əliyevə öz “Facebook” səhifəsində müraciət ünvanlayıb.
O, müraciətində İlham Əliyevdən Ermənistanın eks prezidentləri Serj Sarkisyanla Robert Koçaryanın Azərbaycana təhvil verilməsi üçün bütün lazımi tədbirlərin görülməsini xahiş edib.
Baku TV-yə danışan erməni fəal ölkəsinin keçmiş rəhbərlərinin təxribatçı, quldurluq və terrorçuluq fəaliyyətlərindən söz açıb. O, Sarkisyan və Koçaryan cütlüyünü Xocalı qatilləri adlandıraraq Azərbaycana təhvil verməsini istəyib.