Hakim partiyanın baş nazir postuna namizədi Ermənistanın baş naziri Nikol Paşinyan olacaq.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistanın ədliyyə naziri Rüstəm Badasyan məlumat verib.
"Düşünürəm ki, sualın cavabı aydındır. Heç bir müzakirəyə qatılmadım və idarə heyətinin üzvü deyiləm, amma cavab aydındır", - nazir deyib.
Onun sözlərinə görə, hər şey vətəndaşların seçimindən asılı olacaq - hakimiyyət onlara belə bir fürsət verməlidir.
Xatırladaq ki, Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkiləri keçiriləcək.