Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Masallıda avtomobil piyadanı vuraraq öldürüb
Qəza

Martın 19-da saat 23 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Allahyarlı kənd sakini İsrafil İsrafilov vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Ölümlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan Qəriblər kənd sakini Ə.Əliyev həmin avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Paylaş »
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› “Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan
››› Daha bir gənc həkim koronavirusdan vəfat edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »