Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağ"ın oyununun hakimləri bilindi - ADLAR
Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçının hakimləri açıqlanıb. Apasport.az saytı xəbər verir ki, UEFA V tur çərçivəsində baş tutacaq qarşılaşmaya portuqaliyalı hakimlər briqadasını göndərməyi qərara alıb.

Matçda ədaləti Manuel De Souza qoruyacaq. Ona Alvaro Meskquita və Rikardo Santos kömək edəcəklər. Nuno Pereyra ehtiyat referi kimi iş başında olacaq. Əlavə hakim köməkçiləri funksiyasını isə Fabio Verissimo və Luis Migel Branko Qodinyo yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 22-də keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:00-da start götürəcək.

Son xəbərlər
Bütün xəbərlər »