Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
7 dil bilən qadın taciri azərbaycanlı sevgilisi ilə birlikdə 13 qadını yoldan çıxarıb…
Qandal - Həbs

Türkiyənin Kayseri vilayətində aralarında Azərbaycan vətəndaşları da olmaqla 13 xarici ölkə vətəndaşı qadını aldadaraq zorla fahişəliyə cəlb edən və 7 dil bilən B.Ö. adlı şəxs həbs olunub.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Kayseri polisi B.Ö. və onun azərbaycanlı sevgilisi S.S.-in müxtəlif vədlərlə aldatdıqları Özbəkistan, Fələstin və Azərbaycan vətəndaşları olan 13 qadını Kayseriyə apararaq onları fahişəliyə cəlb etdiyini öyrənib. Polis əməliyyat keçirib və dörd ünvana eyni vaxtda edilən basqınla B.Ö., sevgilisi S.S., A.U və F.D. adlı şəxslər saxlanılıblar.

Onların fahişəliyə cəlb etdiyi 13 qadın isə ölkələrinə deportasiya edilmək üçün bölgə miqrasiya idarəsinə təslim edilib. Saxlanılan şəxslərin ifadələri alınıb və onlardan şəbəkə lideri B.Ö. barəsində həbs qərarı çıxarılıb. Həmin şəxsin ingilis, fransız, Azərbaycan, özbək, uyğur, ərəb və ivrit dillərində bildiyi müəyyənləşib. Saxlanılanlardan birinin barəsində ev dustaqlığı qərarı verilib, digər ikisi sərbəst buraxılıb. Məlumata görə, şəbəkə üzvləri yaxalanmamaq üçün social şəbəkələrdən istifadə etməyiblər.

Paylaş »
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Məşhur romanda yazılanlar dünyada necə reallığa çevrilib...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Gəncədə məktəb direktoru COVID-19-dan dünyasını dəyişib
››› Göyçayda əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb
Son xəbərlər
Bütün xəbərlər »