Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda Baş Qərargah rəisi vəzifəsinə yeni təyinat
Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan general-leytenant Artak Davtyanın ölkə silahlı qüvvələrinin Baş Qərargah rəisi təyin edildiyini bildirib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Paşinyan “Facebook”da yazıb.

Onun sözlərinə görə, bu gündən Artak Davtyan Baş Qərargah rəisi vəzifəsinə başlamış sayılır: "Qanuna əsasən, Artak Davtyan Ermənistan silahlı qüvvələri Baş Qərargahının rəisi təyin edildi".

Qeyd olunub ki, baş nazir 10 mart 2012-ci il tarixdə Artak Davtyanın Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi üçün Ermənistan prezidenti Armen Sarkisyana təklif göndərib. Konstitusiyaya görə, prezident baş nazirin təqdimatına etirazını üç iş günü ərzində hökumət başçısına qaytara bilər. Hökumət başçısı bu etirazları qəbul etmirsə, prezident müvafiq fərman imzalamalı və ya Konstitusiya Məhkəməsinə müraciət etməlidir.

Prezident qanunda nəzərdə tutulmuş müddətdə sənəd layihəsini imzalamayıb, həmçinin Konstitusiya məhkəməsinə müraciət etməyib: "Müvafiq qanuna əsasən Artak Davtyan 22 mart tarixdən Baş Qərargah rəisi vəzifəsinə təyin edildi".

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »