Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kanadada yaşamaq niyə çətindir...
Kanada

Kanada xaricdə yaşamaq qərarı verənlərin ən çox arzuladığı ölkələrdən biridir. Hətta Şimali Amerika dövlətinin bu müstəvidə birinci yerdə dayandığını iddia edənlər var. Kanadada yaşamaq istəyən həddindən artıq çoxdur. Halbuki bu ölkənin də öz çətinlikləri var.

Bizimyol.info xəbər verir ki, Kanadaya köçərkən bir çox amilləri nəzərə almaq vacibdir. Son nəticədə həmin amillər yaşam mübarizəsində çox vacib rol oynayır.

Əvvəlcü yüngülündən – havadan başlayaq. Kanadada çox soyuqdur. Ölkənin hətta cənubunda da qış 6-7 ay sürür. Küçədə temperatur mənfi 30 dərəcəyə çata bilər. İstər-istəməz həyat tərzi müəyyən çərçivələrə alınır. Uzun qış günlərini sevirsinizsə, Kanadanı seçə bilərsiniz. Amma sorğular göstərir ki, insanların əksəri yumşaq iqlimə üstünlük verir.

Kanadada iş tapmaq da asan deyil. Şirkətlər sizə iş vermək üçün uzun-uzadı düşünür. Kənardan hər şey sadə görünə bilər. Amma Kanadada sabit iş əldə etmək böyük uğur sayılır. Şirkətlər bəzən bir boş iş yeri üçün 3-4 aya qərar verir.

Kanadanı miqrantlar üçün ən rahat ölkələrdən biri adlandırırlar. Halbuki ölkə ümumi axına çox da hazır deyil. Adətən, şirkətlər gəlmələrin diplomlarını qəbul etmir. Yəni onların təhsil səviyyəsinə şübhə ilə yanaşılır.

Kanadalılar nəzakətlidir. Amma nəzakət heç də həmişə səmimiyyət anlamına gəlmir. “Sorry” ifadəsi çox vaxt açıq ifadə olunmaqla nəticələnmir. Kanadalılar sənin şəxsi həyatına qarışmır. Amma emosional bağlar qurmağa da tələsmirlər. Miqrantlar müəyyən bir mərhələdən sonra özünü çox tənha hiss edir.

Kanada ərazisinə görə dünyanın ikinci ölkəsidir. Amma belə nəhəng torpaq sahəsi üçün 37 milyon nəfər əhali çox aşağı göstəricidir. Əhalinin azlığı xidmətlərin bahalığına gətirib çıxarır. Miqrantları ən çox narahat edən məsələlərdən biri qiymətlərin yüksək olmasıdır.

Söhbət həm də ikidilli ölkədən gedir. Ora üz tutanlar əvvəlcə sevinirlər. Amma hələ ortaya çıxacaq problemləri təsəvvür etmirlər. İkidilli mühit bir çox hallarda harmoniyanı pozur. Elə yerlər var ki, orada yalnız fransızca danışmalısınız. Bu dili bilmirsinizsə, böyük çətinlik yaşayacaqsınız. Sizin ingilis dili səviyyəniz hər şeyi həll etməyə bilər.

Hökumətin yürütdüyü bərabərləşdirmə siyasəti də effekt vermir. Proqramın missiyası daha varlı əyalətlərdən ölkənin nisbətən kasıb hissəsinə maliyyə köməyidir. Amma bu da az fikir ayrılığı yaratmır.

Kanadanın ən böyük çatışmazlığı ambisiyalara çox yer verilməməsidir. Siz gəlməsinizsə, heç vaxt buranı öz eviniz saya bilmirsiniz.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »