Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın müxalifət fəalı Paşinyanı təhqir etdi
Nikol Paşinyan

Ermənistanın müxalif fəallarından biri, "Vətənin qurtuluşu üzrə hərəkat"ın koordinatoru İşxan Saqatelyan ölkənin baş naziri Nikol Paşinyanı növbəti dəfə təhqir edib.

Bu barədə “Report” “Yerevan today”ə istinadən xəbər verir.

Saqatelyan iddia edib ki, baş nazir daha çox insanları aldatmaq və çaşdırmaq üçün yeni, daha böyük axmaqlıqlar uydurmağa başlayıb.

"Güman edirəm ki, hər dəfə bu dəlinin (Paşinyanın - red) yalanını və ağılsızlıqlarını şərh etməyə ehtiyac yoxdur. O, daha çox insanları aldatmaq və dolaşdırmaq üçün yenilərini, daha böyük ağılsızlıqları uydurmağa başladı. Nəticədə, bu günə qədər aldanmış hər kəs məyus olacaq və pislik nəhayət məhv olacaq”, - deyə İşxan Saqatelyan özünün feysbukdakı səhifəsində baş nazir Nkol Paşinyanın seçkiqabağı çıxışını şərh edərkən yazıb.

Qeyd edək ki, İşxan Saqatelyan, habelə digər müxalif fəallar daha əvvəl də Paşinyanı aşağılayaraq onu ölkənin baş satqını adlandırıblar.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Azərbaycan efirində təhlükəli vəziyyət: “Bu, tezliklə həll olunmalıdır”
››› Prezident Qubadlıda məscidi sökənlərlə bağlı tapşırıq verdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »