Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yuventus"un prezidenti Ronaldonu rekordu münasibətilə mükafatlandırıb
"Yuventus"un prezidenti Ronaldonu rekordu münasibətilə mükafatlandırıb

Futbol üzrə İtaliya A Seriyasının XXVIII turunun matçında "Yuventus" "Benevento"nu qəbul edir.

“Report” xəbər verir ki, görüş Turində, "Alyans-Yuventus" stadionunda keçirilir. Matçda fasiləyə qədər hesab açılmayıb.

Turin klubunun mətbuat xidməti tvitterdəki hesabında bildirib ki, "Yuventus" klubunun prezidenti Andrea Anyelli görüşünün başlamasından əvvəl komandanın hücumçusu Kriştianu Ronaldonu yeni nailiyyəti - 36 yaşlı portuqaliyalının əfsanəvi braziliyalı Pelenin karyerası ərzində qollarının sayı üzrə mütləq rekordunu üstələməsi münasibətilə təbrik edib.

Anyelli Ronaldoya 770 nömrəli (futbolçunun karyerası ərzində vurduğu qolların sayı - red) və G.O.A.T (“Greatest Of All Time” - bütün vaxtlarda ən böyük – red) yazısının olduğu futbolkanı hədiyyə edib.

Son xəbərlər
Bütün xəbərlər »