Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nurməhəmmədov karyerasını bitirməsinin səbəbini açıqladı
Həbib Nurməhəmmədov

Rusiyanın MMA döyüşçüsü Həbib Nurməhəmmədov karyerasını başa vurmasının səbəblərini açıqlayıb.

"Report"un məlumatına görə, dağıstanlı idmançı belə qərarı çətinliklə qəbul etdiyini bildirib. O, döyüş növlərində bacardığı hər şeyə nail olduğunu söyləyib. Nurməhəmmədovun fikrincə, yalnız pul yeganə motivasiya mənbəyi kimi qalıb. Lakin o, maliyyəyə ehtiyac duymadığını vurğulayıb.

33 yaşlı döyüşçü hər bir qarşılaşması və hazırlıq dövrünün anasının səhhətinə mənfi təsir göstərdiyini də əlavə edib.

Qeyd edək ki, UFC prezidenti Deyna Uayt martın 19-da Həbib Nurməhəmmədovun karyerasını rəsmən başa vurduğunu açıqlayıb. İndi yüngül çəkidə vakant UFC çempionu tituluna Maykl Çendler və Çarlz Oliveyra iddialıdır. Nurməhəmmədov karyerası ərzində 29 döyüşünün hamısını qələbə ilə başa vurub. Onlardan 13-ü UFC-yə təsadüf edib.

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
Son xəbərlər
Bütün xəbərlər »