Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu qarşılaşmada bizə lazım olanı əldə etdik” - Qurban Qurbanov
Qurban Qurbanov

Premyer Liqada milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən səmərəli istifadə etməyə çalışan “Qarabağ” Azərbaycanın U-21 yığması ilə yoxlama oyunu keçirib.

“Qafqazinfo” xəbər verir ki, 14 futbolçu milli komandaların düşərgəsində olduğu üçün baş məşqçi Qurban Qurbanov bu matçda ehtiyat qüvvəni sınayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada “Qarabağ” 2:4 hesabı ilə məğlub olub. Matçdan sonra Qurban Qurbanov klubun rəsmi saytına fikirlərini bölüşüb:

"Həmişə hər oyuna maksimum konsentrasiya ilə, diqqətlə çıxmağı istəmişəm və tələb eləmişəm. Ehtiyacımız olan hazırlıq xarakterli matç idi. Fikrimcə, bu qarşılaşmada bizə lazım olanı əldə etdik. Milli komandalarda olan futbolçularımızın zədəsiz qayıtmasını gözləyirik. Aprelin 3-4-nə kimi bir yoxlama oyunu da keçirə bilərik. Bəzi futbolçuların hazırlıq çatışmazlıqları var. Onları və mikrozədələri bərpa etməyə çalışacağıq. Əlimizdə olan futbolçularla hazırlaşıb, gözləyəcəyik”

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »