Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİM rus dili mütəxəssisi və müəllimləri üçün layihə həyata keçirir
Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzi (DİM) Sankt-Peterburq Dövlət Universiteti (SPDU) ilə əməkdaşlıq çərçivəsində “Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsini həyata keçirməyə başlayır və layihə çərçivəsindəki təlimlərə iştirakçı qəbulu elan edir.

DİM-dən Bizimyol.info-ya verilən məlumata görə, layihə iştirakçılarına qoyulmuş əsas tələblər:

- Rus dili mütəxəssisi, müəllim və ya yoxlama-ölçmə, qiymətləndirmə işləri ilə məşğul olan təhsil işçisi olmaq;

- Rus dili üzrə ən azı B2 səviyyəsində dil bacarığına sahib olmaq (müvafiq sertifikatın olması üstünlükdür);

- Təlimlərdə davamlı iştirak etmək imkanı;

- DİM ilə əməkdaşlıq etməkdə maraqlı olmaq.

Təlim onlayn platforma üzərindən rus dilində keçiriləcək. Təlimçilər SPDU-nun Test Mərkəzinin rus dili üzrə aparıcı mütəxəssisləridir. Təlimdə iştirak edənlər aşağıdakı mövzulara dair bilik və bacarıqlara yiyələnəcəklər:

- Dil bacarıqlarının qiymətləndirilməsində nəzəri anlayışlar;

- Dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) dil bacarıqlarının qiymətləndirilməsinə tətbiqi;

- Qrammatikanın və lüğət bazasının qiymətləndirilməsi;

- Fərqli səviyyələr üzrə oxu, dinləmə, yazı və şifahi nitqin qiymətləndirilməsi.

Təlimdə iştirak etmək istəyən şəxslər CV-lərini istək məktubu ilə birlikdə 2021‑ci il aprel ayının 1-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” yazaraq göndərə bilərlər. İştirakçılar üçün nəzərdə tutulmuş yerlərin sayı məhdud olduğundan müraciətlər təhlil edildikdən sonra ən uyğun namizədlər seçiləcək və aprel ayının 5-nə kimi iştirakçılara məlumat veriləcək.

Paylaş »
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Rusiya şirkəti Zod qızıl yatağındakı Ermənistan vətəndaşlarını işdən çıxarır
››› "Ermənistan Zəngəzur dəhlizi ilə Azərbaycanı tələyə saldığını düşünür"
››› 30 ildir vaqonda yaşayan qazi: “Heç bir dövlət orqanı gəlib qapımı döyməyib” - Foto, Video
Son xəbərlər
Bütün xəbərlər »