Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bolqarıstan Rusiya diplomatlarını “persona non-qrata” elan edəcək
Bolqarıstan

Bolqarıstanın baş naziri Boyko Borisov bildirib ki, casusluqla bağlı işə görə Rusiyanın ölkədəki diplomatlarını “persona non-qrata” elan etmək lazım gələcək.

“Report” xəbər verir ki, bu barədə Bolqarıstan hökumətinin mətbuat xidməti bildirib.

"Biz növbəti dəfə Rusiya diplomatlarını arzuolunmaz şəxslər elan etməli oluruq", - baş nazir martın 19-da altı nəfərin Bolqarıstanın Baş Prokurorluğu Rusiya Federasiyasının xeyrinə casusluqda şübhəli bilindiyini şərh edərkən deyib.

Borisov vurğulayıb ki, xüsusi xidmət orqanlarının əməliyyatı Bolqarıstanda casusluğa son qoymaq tələbilə xüsusi aksiyasıdır.

Qeyd edək ki, ötən gün Bolqarıstan mətbuatı ölkənin paytaxtı Sofiya şəhərində Rusiyaya casusluqda şübhəli bilinən bir neçə nəfərin həbs edilməsi barədə məlumat yayıb. Məlumata görə, şübhəli şəxslər Bolqarıstanın Milli Təhlükəsizlik Agentliyinin xüsusi əməliyyatının gedişatında saxlanılıblar.

Paylaş »
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
Son xəbərlər
Bütün xəbərlər »