Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan: Ermənistanın müharibə itkilərinin sayı 4 000 nəfərə qədərdir
Nikol Paşinyan

Bugünkü günə olan məlumata əsasən ikinci Qarabağ müharibəsində Ermənistan tərəfində 3 250 nəfərin həlak olması rəsmən təsdiq edilib.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Nor Yedesiya icmasının sakinləri ilə görüşündə bildirib.

"Ermənistan tərəfində bugünkü günə olan məlumata görə, 3 250 nəfər rəsmən təsdiq edilmiş (müharibədə-red) itki var. Bu gün 189 valideyn DNT nümunələri verib və cavab gözləyir. Bəli, itkin düşənlərin kifayət qədər böyük siyahısı var, amma bu siyahını dəqiqləşdirmək lazımdır”, - Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi müharibədə onsuz da çox itki verib, ancaq qurbanların sayını siyasi spekulyasiya məqsədilə dörd dəfə artırmaq lazım deyil.

“Əgər yeni şərait müəyyən olunmasa, müharibə qurbanlarımızın sayının 4 000 nəfəri ötəcəyi o qədər də ağlasığan deyil”, - baş nazir əlavə edib.

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Ermənistanın müharibədə öldürülən 71 hərbçisinin qeydiyyatsız dəfni məlum oldu
Son xəbərlər
Bütün xəbərlər »