Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərəblərin Azərbaycanda qanunsuz hərəkəti ilə bağlı araşdırma başladı - Video
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərəblərin Acınohur çölündə quş ovlamaq üçün göyərçinə işgəncə verməsi ilə bağlı yayılan məsələyə münasibət bildirib.

Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, artıq məsələ barədə məlumat quruma daxil olub:

“Sözügedən məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılacaq. Qanun pozuntusunun olub-olmaması, nə dərəcədə təhlükəliliyi və digər məsələlərə aydınlıq gətirilib, ictimaiyyətə açıqlama veriləcək.

Həmçinin ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının olması, bu və ya digər dərəcədə pozuntulara göz yuması ilə bağlı faktlar bizə təqdim edilsə, araşdırılacaq”.

Qeyd edək ki, sosial şəbəkələrdə ərəblərin Acınohur çölündə quş ovlamaq üçün göyərçinə işgəncə verməsi ilə bağlı videogörüntü yayılıb.

İddia olunub ki, onlar ərazidə şahin quşları vasitəsilə ov ediblər.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Zelenski cəbhədə çətin anlar yaşadı - Video
››› Müstəntiqlər Moskvada qətlə yetirilən Əli Heydərovun ölümü ilə bağlı iki versiya irəli sürüb
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
Son xəbərlər
Bütün xəbərlər »