Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azercell Könüllüləri”ndən igidlərimizin ailələrinə “Novruz Payı”
GO6A9207Azercell

“Azercell Könüllüləri” komandası insanlara qayğı və diqqət çağırışlarını əks etdirən, birlik və paylaşma ovqatını gücləndirən Novruz bayramı münasibətilə növbəti xeyriyyə aksiyasını həyata keçirib.

Bayram ərəfəsində “Azercell Könüllüləri”nin təşəbbüsü ilə baş tutan “Novruz payı” aksiyasında könüllülər torpaqlarımızın azadlığı uğrunda döyüşüb, bizi doğma Qarabağa qovuşduraraq ən sevincli Novruz bayramını yaşadan cəsur qazilərimizi və şəhid ailələrini ziyarət edib, onlara “Novruz payı” çatdırıblar. Ailələrin siyahısının əldə olunmasında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin yardımı olub.

Azərbaycanın bütün bölgələrini əhatə edən aksiya çərçivəsində könüllülər 400-dən çox İkinci Vətən Müharibəsi şəhid ailəsi və döyüşlərdə yaralanmış qazilərlə görüşüblər. “Novruz payı” aksiyası üçün toplanmış vəsait hesabına qəhrəmanlarımızın ailələrinə müxtəlif bayram şirniyyatı və Novruz nemətləri ilə yanaşı, gündəlik ərzaq mallarından ibarət sovqat paylanılıb, 50 AZN dəyərində kuponlar təqdim olunub.

Azercell özündə yüksək dəyərləri təcəssüm etdirən, insanları sülhə və dostluğa səfərbər edən Novruz bayramı münasibətilə hər kəsi təbrik edir.

Paylaş »
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› AZAL-ın “möcüzə”si: İslandiyadan Türkiyəyə Azərbaycandan daha ucuz gedib-gəlmək olur
Son xəbərlər
Bütün xəbərlər »