Yaponiyanın Miyaqi əyalətində baş verən 7,2 maqnitudalı zəlzələdən sonra elan edilən sunami təhlükəsi xəbərdarlığı ləğv edilib.
APA-nın xəbərinə görə, bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.
Qeyd edək ki, meteoroloqlar öncə Miyaqi sahillərində hündürlüyü 1 metrə çatacaq sunami təhlükəsi elan etmişdilər.
Zəlzələnin qəzalı vəziyyətdə olan “Fukusima-1” Atom Elektrik Stansiyasında hər hansı problemə yol açmadığı müəyyənləşib.