Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tokio olimpiadasına əcnəbi azarkeşlər buraxılmayacaq
Yaponlar olimpiadaya qarşı çıxır

Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarına koronavirusla əlaqədar xarici azarkeş buraxılmayacaq.

"Report"un məlumatına görə, bu barədə qərarı təşkilatçılar beştərəfli formatda keçirilmiş onlayn görüşdə qəbul ediblər.

Oyunların təşkilinə cavabdeh olan nazir Tamayo Marukava bildirib ki, belə bir addım ilk növbədə, pandemiya şəraitində təhlükəsizliyi təmin etmək üçün atılıb. O, idman obyektlərində yaponiyalı azarkeşlərə hər hansı məhdudiyyətin tətbiq edilib-edilməyəcəyinə apreldə aydınlıq gələcək.

Nazir bilet almış əcnəbilərə pullarını geri qaytaracaqlarını vəd edib. İndiyədək olimpiadaya 4,4 milyon, paralimpiadaya isə 970 min bilet satılıb. Biletlərin 1 milyonunu xaricilər alıblar.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarının 23 iyul - 8 avqustda təşkili nəzərdə tutulub.

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Peskov Putinin Sibir sevgisindən danışıb
Son xəbərlər
Bütün xəbərlər »