Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: Məhdud iştirakçı və vaxtla toyların keçirilməsinə icazə verilməli idi
Şadlıq sarayı, toy

"Operati Qərargahın dünənki qərarı normal sayılmalıdır. Ciddi qapanmaya gedilmədi və gözlənilən də bu idi".

Bizimyol.info xəbər verir ki, bunu Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.

Fazil Mustafa Fazil Mustafa

Deputat qeyd edib ki, üstəlik rayonlara gediş-gəlişin də qarşısı alınmadı: "Bu şəraitdə iş yerlərinin bağlanmaması olduqca vacib idi. İnsanlar onsuz da yoxsullaşıblar, daha ağır duruma düşməməsi üçün çörəkpulu qazanmasına imkan tanınmalıydı. Ancaq məhdud iştirakçı və vaxtla toyların keçirilməsinə icazə verilməməsi, qapalı idman zallarının açılmaması müsbət qiymətləndirilə bilməz. Neçə həftədir deyirik ki, xeyli insanımız bu məsələdə çıxılmaz durumda qalıb, pandemiyanın şərtlərinə əməl edilməklə icazə verilməliydi. İctimai nəqliyyatın olmamasından da aztəminatlı vətəndaşlarımız xeyli sıxıntı çəkəcəklər və Bakıda tıxacların yaranmasına daha çox rəvac verəcək. Görünür pandemiyanın yayılma təcrübəsini nəzərə alaraq bu qərarı qəbul ediblər. Düşünürəm ki, bu dəfə ictimai rəyi diqqətə alaraq qərar qəbul etdilər".

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »