Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağ Evin beş əməkdaşı Baydenin verdiyi vədlərə baxmayaraq, işdən çıxarılıb
Cen Psaki

Məmurlara marixuana istifadəsi ilə bağlı qoyulan məhdudiyyətləri yumşaltma barədə Co Bayden administrasiyasının verdiyi vədlərə baxmayaraq, Ağ Evin beş əməkdaşı buna görə işdən çıxarılıb.

TASS-ın məlumatına görə, ABŞ prezidentinin mətbuat katibi Cen Psaki bununla bağlı danışıb.

Onun sözlərinə görə, Ağ Evdə işçilərlə bağlı qaydalarda bir neçə həftə əvvəl müəyyən yumşaldılmalar edilib. Bunlar arasında narkotik maddə istifadəsi ilə bağlı məsələlər də var. Belə ki, əvvəllər marixuanadan istifadə edənlər işdən çıxarılmayacaq. Ancaq Psakinin sözlərindən o da məlum olub ki, işə götürülən adamlardan beş nəfəri məhz bu səbəbə görə artıq vəzifələrindən azad edilib.

Bundan əvvəl “The Daily Beast” nəşri əvvəllər marixuana istifadə etdiklərini deyən onlarla gəncin Ağ Evdəki işindən kənarlaşdırıldığını və ya ən yaxşı halda distant iş rejiminə keçirildiyini bildirmişdi.

Qeyd edək ki, marixuana hazırda ABŞ-ın bir çox ştatında və Ağ Evin yerləşdiyi Kolumbiya dairəsində leqallaşdırılıb, ancaq federal səviyyədə hələ də qanunsuz sayılır.(oxu.az)

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »