Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağın işğaldan azad olunmasına qarşı çıxan 10 PKK-çı həbs olundu
Türk polisi

Türkiyədə Ankara Cümhuriyyət Baş prokurorluğu terror təşkilatı PKK-ya qarşı yönəlmiş istintaq çərçivəsində aralarında bu təşkilata bağlı kürd partiyası HDP-nin bölgə başqanları da olmaqla 12 nəfər barəsində həbs sanksiyası verib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, şübhəlilər arasında İnsan Haqları Dərnəyinin (İHD) başqanı öztürk Türkdoğan və HDP-nin Eskişehir bölgə təşkilatının rəhbəri, Mamak rayon təşkilatının rəhbəri də var.

Ötən gün martın 19-da səhər saatlarında keçirilən əməliyyat zamanı barəsində həbs sanksiyası verilən 12 nəfərdən 10-u saxlanılıb. Şübhəlilərin terror təşkilatı PKK-nın təlimatı ilə bu təşkilata bağlı xəbər saytlarından edilən çağırışlarla Ankarada aksiyalar təşkil etməyə hazırlaşdıqları müəyyən edilib.

Habelə şübhəlilərin Qarabağın işğaldan azad edilməsinə qarşı hazırlanan və PKK-ya yaxın internet saytlarında yayımlanan bəyanatı imzaladıqları da təsbit edilib. Onların dindirilməsi davam edir.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »