Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mart ayı üçün pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımların ödənişi başa çatdırılıb
Mart ayı üçün pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımların ödənişi başa çatdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Novruz bayramı ilə əlaqədar mart ayı üzrə bütün pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımların ödənişini təmin edib.

Bizimyol.info xəbər verir ki, nazirlikdən  verilən məlumata görə, hələ martın 5-dən 16-dək olan müddətdə ölkə üzrə bütün pensiyalar, son günlərdə isə digər sosial ödənişlər vətəndaşların hesablarına köçürülüb.

Beləliklə, mart ayının pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımlarının ödənişinin qrafikdən əvvəl olmaqla bayrama qədərki günlərdə həyata keçirilməsi təmin olunub.

Son xəbərlər
Bütün xəbərlər »