Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Prezidentin Əfv Fərmanını siyasi məqsədlərlə əlaqələndirmək yanlışdır"
İlham Əliyev

“Prezident İlham Əliyevin məhkumluq həyatı yaşayan şəxsləri əfv etməsini bəzi qruplar bunu kimlərinsə, hansısa dairələrin, xüsusən də Qərbin təzyiqilə bağlı olduğunu söyləyirlər. Hesab edirəm ki, bu yanlışlıqdır”.

Bu fikirləri Bizimyol.info-ya Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü səsləndirib.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Xalqımızın önəmli günlərində, xüsusən bayram tarixlərində dövlət başçısının əfv sərəncamı imzalaması məhkum ailələrində, yaxınlarında ikiqat sevincə səbəb olur. İndiyə kimi minlərlə insan, minlərlə ailə sevinc hissləri yaşayıb, məhkumlar azadlıqlarına qovuşublar. Budəfəki əfv də özlüyündə mühüm və geniş idi. 625 nəfəri əhatə edirdi, onların 475 nəfəri azadlığa çıxdılar. Əfv olunan məhkumların sırasında 2015-ci ildə Nardaranda baş vermiş hadisələrlə əlaqədar məhkum edilmiş 30 nəfərin, İslam Partiyası sədr müavininin, AXCP-dən olan 5 siyasi fəalın və 2018-ci ildə Gəncədə baş vermiş kütləvi iğtişaşla bağlı məhkum edilmiş 3 nəfərin də adının olması xüsusi vurğulanır. Bəzi qruplar bunu kimlərinsə, hansısa dairələrin, xüsusən də Qərbin təzyiqilə bağlı olduğunu söyləyirlər. Hesab edirəm ki, bu yanlışlıqdır. Azərbaycan dövləti, onun başçısı öz fəaliyyətini kimlərinsə təzyiqilə deyil sərbəst şəkildə müəyyən edir. Bu addım Prezident İlham Əliyevin humanizminin göstəricisidir. Müxalif və ya iqtidar olmasından asılı olmayaraq onlar ilk növbədə Azərbaycan vətəndaşıdırlar. İlham Əliyev isə hamının prezidentidir. O bir prezident olaraq öz vətəndaşına qarşı humanistlik göstərirsə bunu Qərbin təzyiqlərinə bağlamaq yanlışlıqdır. Eyni zamanda bu addımı müxalifətə uzadılmış barışıq əli kimi qiymətləndirmək də doğru deyil. Bir müddət bundan əvvəl müxalifətin bütün qruplarına, istər radikal, istər loyal olsun, barışıq əli, daha doğrusu dialoq təklifi edildi. İki partiyadan başqa digərləri qəbul etdi. O zamandan sonra o dialoq və ünsiyyət də iki partiya xaric digərləri ilə davam etdirilir. Ona görə bu humanist addımı hansısa siyasi məqsədlərə bağlamaq cəhdi hesab edirəm ki, yanlışdır və onun üzərinə kölgə salmaq cəhdidir”,- deyə siyasi şərhçi vurğulayıb.

İlhamə Rəsulova

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
Son xəbərlər
Bütün xəbərlər »