Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsi miqrantları Türkiyəyə göndərməyi planlaşdırır
İstanbul, Türkiyə

Pandemiyaya qədər Avropa miqrant axınına görə böyük əziyyət çəkirdi.

Karantin rejimi bu mənada köhnə qitənin işinə yaradı. Miqrant axını dayandı. Amma Avropada uzaq yerlərdən qitəyə üz tutanların sayı onsuz da çoxdur. Yəni miqrantlardan geri qaytarılanlar da az olmayacaq. İndi Avropa həm də bu haqda düşünür.

Bizimyol.info xəbər verir ki, Böyük Britaniya konkret addımlar atmağı planlaşdırır. Bəzi ölkələrə pul qarşılığında miqrantları qəbul etmək təklif olunacaq. İngilislərin siyahısında Türkiyə də var.

Türkiyə mətbuatı yazır ki, Böyük Britaniya pandemiya dövründə problemin həlli istiqamətində vacib addımlar atmaq istəyir. Avropa ölkəsi xüsusilə Suriyadan gələnlərin qarşısını ala bilmir. Suriyalılar tranzit kimi Türkiyəni seçir. Əslində, onlar özünü ən rahat məhz Türkiyədə hiss edir. İngilislərin bu ölkəni seçməsi təbii qəbul olunmalıdır.

Böyük Britaniyanın Daxili İşlər naziri Priti Patel ölkənin miqrant siyasətindən danışıb. Məhz o, ölkədən çıxarılacaq əcnəbilərlə bağlı planlardan söz açıb. Onun sözlərinə görə, daha çox böyük su hövzələrinə yaxın ərazilərə miqrant göndərməyi düşünürlər. Bunun üçün həmin ölkələrə müəyyən məbləğ ödəniləcək.

Böyük Britaniyanın miqrant göndərəcəyi yerlərin arasında Atlantik okeanındakı Man adası, Cəbəllütariq, Asensyon adası və Müqəddəs Yelena adası da var. Amma Türkiyənin adı xüsusi çəkilir. Görünür, Böyük Britaniya bura daha çox miqrant göndərəcək.

2020-ci il sentyabrın 2-də BBC ölkəyə daxil olan əcnəbilərin sayında rekord qeydə alındığını bildirmişdi. Həmin gün Böyük Britaniyaya 409 miqrant qədəm qoymağı bacarmışdı. Avqustda 1400 nəfərdən çox əcnəbinin yaşamaq üçün bura üz tutması onsuz da ingilisləri narahat edirdi. Milli Auditor Xidməti Böyük Britaniyada 430 min nəfərin qanunsuz yaşadığını açıqlamışdı.

Əcnəbilər ölkəyə daha çox Duvr şəhərindən keçməyə çalışır. Keçən il həmin şəhərin sakinləri xeyli etiraz aksiyası keçirmişdi. Bununla yanaşı, miqrantları müdafiə edən mitinqlər də baş tutmuşdu.

Paylaş »
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »