Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekoloji məsələlər üzrə alt İşçi Qrupun ilk iclası keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Ekoloji məsələlər üzrə alt İşçi Qrupun ilk iclası keçirilib.

Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İşçi Qrupun rəhbəri, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda ölkədə ekoloji mühitin qorunması, uzun illər ərzində yaranmış ekoloji problemlərin həlli, resurslardan səmərəli istifadənin təmin olunması və ekoloji təmiz texnologiyaların tətbiqi kimi mühüm vəzifələrin qarşıya qoyulduğu vurğulanıb. İşçi Qrupun üzvlərinin təklifləri dinlənilib və qrupun fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »