Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yoluxma sayı artsa, daha sərtləşdirilmiş karantin rejiminə keçiləcək”
Polis postu

“Sərtləşmə ilə bağlı qərarlar bizim cari vəziyyətimizə uyğun olaraq verilir. Bu da hər bir vətəndaşımızdan asılı olan məsələdir”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, 3 təməl qaydaya riayət edilməlidir: “Britaniya ştammının daha yoluxucu olması təsdiqlənib. Ona görə də bayram ərəfəsində bütün vətəndaşlarımızı özlərini məhdudlaşmağa çağırıram. Kim rayona gedəcəksə, orada da özlərini qorumağa çağırıram. Çünki saylar artsa, Operativ Qərargahın başqa yolu qalmayacaq. Biz daha sərtləşdirilmiş karantin rejiminə keçməyə məcbur olacağıq”.(apa)

Paylaş »
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Rusiya şirkəti Zod qızıl yatağındakı Ermənistan vətəndaşlarını işdən çıxarır
››› "Ermənistan Zəngəzur dəhlizi ilə Azərbaycanı tələyə saldığını düşünür"
››› 30 ildir vaqonda yaşayan qazi: “Heç bir dövlət orqanı gəlib qapımı döyməyib” - Foto, Video
Son xəbərlər
Bütün xəbərlər »