Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Martın 22-dən yaşı 40-dan yuxarı olan şəxslərin vaksinasiyasına başlanacaq
Peyvənd - Həkim iynə

Martın 22-dən Azərbaycanda yaşı 40-dan yuxarı olan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanacaq.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Ş. Mövsümov bildirib ki, Azərbaycan indiyədək 500 mindən çox vaksin vurulub: "Bu günədək 50 yaş olan insanların vaksinasiyası həyata keçirilirdi. Növbəti həftənin 1-ci günündən başlayaraq yaşı 40-ın üzərində olan vətəndaşlarımız vaksinasiya prosesinə cəlb olunacaq. İri şəhərlərdə daha çox vaksinasiyaya önəm verəcəyik. Bakı-Sumqayıt-Abşeronda vaksinasiyanın daha sürətlə həyata keçirilməsi bizim əsas prioritetlərimizdən biridir. Hamını vaksinasiya prosesində aktiv iştirak etməyə çağırıram”.

Paylaş »
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Məşhur romanda yazılanlar dünyada necə reallığa çevrilib...
››› İntiar etmək istəyən gənc qızı ustalar ixilas edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Gəncədə məktəb direktoru COVID-19-dan dünyasını dəyişib
Son xəbərlər
Bütün xəbərlər »