Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Serj Sarkisyanın əmlakına qoyulmuş həbs qərarı qüvvədə saxlanılıb
Serj Sarkisyan

Vaqe Misakyanın sədrliyi altında keçən Yerevan Ümumi Məhkəməsi Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın əmlakına qoyulan həbsin götürlməsii ilə bağlı vəkilin vəsatətini təmin etməyib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə hakim Vaqe Misakyan məlumat verib.

Bir müddət əvvəl Sarkisyanın vəkili Ruben Akopyan bildirmişdi ki, müstəntiq Serj Sarkisyanın ümumi dəyəri 1 milyon 18 min 790 ABŞ dollar olan daşınan və daşınmaz əmlakının, maliyyə resurslarının, aksiya və qiymətli kağızlarının həbsinə nail olub.

Serj Sarkisyana qarşı cinayət işi 2019-cu ildə başlayıb. İstintaqa əsasən, Sarkisyanın 2013-cü ildə etdiyi himayədarlıq nəticəsində “Fleş” adlı şirkət tenderin qalibi olub. Bunun nəticəsində dövlətə 1 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Sarkisyanın dilindən yaşyış yerini tərk etməmək barədə iltizam alınıb.

Vəkil Ruben Akopyan keçmiş prezidentin sadalanan əmlakına qoyulan həbsin götürülməsi ilə bağlı vəsatət qaldırmışdı.

Paylaş »
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »