Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı ekspert: "Ermənistana siyasi təzyiq artırılmalıdır"
İqor Korotcenko

“Bu günlərdə Ağdam və Füzuli rayonlarında olmuşam. Kilometrlərlə uzanıb gedən minalanmış ərazilər ağlasığmazdır. Orada az qala hər qarışda mina basdırılıb. Təbii ki, bu məsələ həll olunmadan nə qaçqınları qaytarmaq, nə kənd əkin işlərinə başlamaq, nə də şəhərləri, kəndləri bərpa etmək mümkün olacaq. Fikrimcə, bununla bağlı Yerevana siyasi təzyiqlər artırılmalıdır”.

Bu barədə “Report”un Rusiya bürosuna rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.

Ekspert qeyd edib ki, son vaxtlar azərbaycanlı mülki şəxslərin ermənilər tərəfindən basdırılmış minalara düşmələri haqqında xəbərlər getdikcə çoxalır və bu məsələ artıq beynəlxalq əhəmiyyət kəsb etməyə başlayıb: “Ermənistanı minalanmış ərazilər xəritəsini Azərbaycana təqdim etdirmək üçün BMT Təhlükəsizlik Şurasında məsələ qaldırılmalı, bu barədə müvafiq qətnamə qəbul olunmalıdır. Çünki hər kəs üçün, o cümlədən elə rusiyalı sülhməramlılar üçün də böyük təhlükə var. Ona görə də bu problem birgə sətlərlə həll olunmalıdır”.

Rusiyalı ekspertin fikrincə, Ermənistan həmin xəritəni vermək müqabilində müəyyən güzəştlər əldə etməyi düşünür: “Ermənistan minalanmış sahələrin xəritəsi ilə bağlı məsələni alver mövzusuna çevirmək, onu siyasiləşdirmək istəyir. Açığı, çox çirkin davranışdır. Onların əlində bu xəritələr var, amma qəsdən vermirlər”.

Qarabağda Ermənistan hərbçilərinin qalmasının 10 noyabr bəyanatının şərtlərinə daban-dabana zidd olduğunu vurğulayan rusiyalı ekspert həmin sənəddə onların bölgəni tərk edəcəyinin birmənalı təsbit olduğunu xatırlayıb: “Bu gün ermənilər razılaşmanı kobud şəkildə pozaraq oraya öz hərbçilərini qanunsuz olaraq göndərməyə çalışırlar. Ermənistanın bu davranışı istər Azərbaycanın, istərsə də Rusiyanın mövqeyinə ziddir. Onların nə etmək istədiyi qaranlıqdır. Hərb meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan mövcud gerçəkliyi qəbul edərək dinc bərpa işlərinə üstünlük verməlidir. Dünyəvi, məsuliyyətli dövlət olan Azərbaycan Qarabağdakı erməni əhalisinin təhlükəsizliyini tam şəkildə təmin etmək iqtidarındadır”.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Zelenski cəbhədə çətin anlar yaşadı - Video
››› Müstəntiqlər Moskvada qətlə yetirilən Əli Heydərovun ölümü ilə bağlı iki versiya irəli sürüb
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
Son xəbərlər
Bütün xəbərlər »