Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Millimiz "Neftçi" ilə yoldaşlıq görüşü keçirəcək
Millimiz "Neftçi" ilə yoldaşlıq görüşü keçirəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin daha bir yoxlama oyunu keçirəcəyi müəyyənləşib.

"Report"un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda "Neftçi" ilə üz-üzə gələcək.

Martın 24-də keçiriləcək qarşılaşma saat 16:00-da başlanacaq. Oyunun stadionu hələlik müəyyənləşməyib.

Qeyd edək ki, milli martın 20-də "Qarabağ", martın 27-də “Qaradağ Lökbatan”, martın 29-də isə "Qəbələ" ilə üz-üzə gələcək.

Son xəbərlər
Bütün xəbərlər »