Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrük orqanlarının gələcək fəaliyyətinin prioritetləri müzakirə edilib
DGK

Martın 18-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi və şura sədri, eyni zamanda şuranın sədr müavinlərinin iştirakı ilə onlayn formatda görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev ÜGT-nin Avropa Regionu üzrə sədr müavini qismində iştirak edib.

Görüş ÜGT-nin Siyasi Komissiyasının və Şurasının iclaslarının nəticələrinə əsasən həyata keçirilən fəaliyyətlərin davam etdirilməsi üçün növbəti tədbirlərin planlaşdırılması, xüsusilə də iş metodlarının və prioritetlərin müəyyənləşdirilməsi məqsədilə keçirilib.

İclasda çıxış edən ÜGT-nin Baş katibi Kunio Mikuriya COVİD-19 pandemiyasının dünyada yaratdığı mürəkkəb şəraitdən danışıb, pandemiya zamanı gömrük orqanlarının oynadığı əhəmiyyətli rolun fonunda fəaliyyətlərin fasiləsizliyinin təmin etdirilməsi məsələlərinə diqqət çəkib, gömrük orqanlarının gələcək fəaliyyətinin prioritetləri barədə fikirlərini bölüşüb.

Bildirilib ki, ÜGT-nin müvafiq strukturları fəaliyyətlərini virtual formatda həyata keçirir, prioritetlər də mövcud fəaliyyətə uyğunlaşdırılır. Baş katib COVİD-19 pandemiyası ilə bağlı vaksinlərin daşınması və təhlükəsizliyi məsələlərinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

ÜGT-nin Şura sədri Əhməd Əl Xəlifə çıxış edərək müzakirələrin səmərəli keçəcəyinə əminliyini bildirib, pandemiyanın yaratdığı çətinliklərdən, fəaliyyətin pandemiyaya uyğunlaşdırılmasından, təşkilatın maliyyələşməsi məsələlərindən danışıb. O da qeyd olunub ki, pandemiya şəraitində onlayn ticarətin həcmi artıb və buda gömrük orqanlarının iş yükünü artıran amillərdəndir.

Görüşdə çıxış edən digər iştirakçılar pandemiyanın yaratdığı çətin şəraitdə gömrük orqanlarının fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, ÜGT-nin Avropa Regionu üzrə sədr müavini Səfər Mehdiyev gələcək fəaliyyətin səmərəli şəkildə qurulması, pandemiyanın yaratdığı çətinliklərə uyğunlaşdırılması istiqamətində fikirlərini dilə gətirib.

Komitə sədri hazırda Avropa regionunda peyvəndləmə prosesinin sürətlə həyata keçirildiyini, Azərbaycanda da bu istiqamətdə xüsusi tədbirlərin reallaşdırıldığını bildirib.

Görüşdə, həmçinin ÜGT-nin 2021/2022-ci illər üçün iclasların təqvimi, prioritetlərin müəyyən edilməsi və iş metodları barədə məsələlər də müzakirə edilib.

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »