Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Güney Azərbaycanın telekanalı "Azərspace"də test yayımına başlayıb
Güney Azərbaycanın telekanalı "Azərspace"də test yayımına başlayıb

Güney Azərbaycan Televiziyası (Günaz.TV) Azərbaycan Repsublikasının peyki olan "Azərspace"də test yayımına başlayıb.

Bu barədə televiziyanın qurucu rəhbəri Əhməd Obalı məlumat verib.

“Media, QHT fəaliyyətləri ilə bağlı məsələ elədir ki, dövlətlər arası münasibətlərin tənzimlənməsində, gərginləşməsində çox önəmli yer tutur”.

Bu fikirləri Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, mən Günaz Tv-nin yayıma çıxmasına və onun fəaliyyətinin genişləndirəcəyinə inanıram.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Bu onların fəaliyyəti üçün çox böyük imkanlar yaradacaq. Eyni zamanda hesab edirəm ki, Günaz Tv-də çox peşakar şəxslər çalışırlar. Onların təqdim etdiyi verilişlər, müzakirələr iki dövlət arasındakı münasibətlərin gərginləşdirilməsinə deyil, münasibətlərin daha da sıxlaşdırılmasına səbəb ola bilər. Düzdü zaman-zaman GünazTv-nin verilişlərində, bütövlükdə fəaliyyətində İran tərəfini qıcıqlandıran məqamlar olub. Bəzən etiraz ediblər, amma eyni zamanda pararlel olaraq İran tərəfində də Azərbaycan Respublikasını qıcıqlandıran, sərt, qəbul edilməz və yalnışlıqla dolu fikirlərin yayımını həyata keçirdən media orqanlarını görmüşük. Halbuki, Günaz Tv heç də o şəkildə yayımlar etməyib. Amma İran tərəfində, Səhər telekanalında Azərbaycan Respublikasının ərazi bütövlüyünə, daxili-xarici siyasətinə, dövlət rəhbərlərinə qarşı fikirlərin efirə verildiyinin şahidi olmuşuq. Hətta bəzən bizim ölkəmizin adını dəyişdirərək “Aran Respublikası” kimi verildiyinin də şahidi olmuşuq”.

Siyasi şərhçi vurğulayıb ki, Günaz Tv-nin yayıma çıxması, fəaliyətini genişdirməsi gərginliklərə səbəb olmayacaq.

“Dostluq televiziyasına çevriləcək, münasibətlərin sıxlaşdırılması üçün çalışmalar ortaya qoyulacaq və İran tərəfi bunu anlayışla qarşılayacaq. Azərbaycan tərəfi də bu media imkanlarından istifadə edərək iki dövlət arasında münasibətlərin sıxlaşdırılmasına töhvə verə biləcək”,- deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »