Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Valideynlərin nəzərinə - Uşaqlarınızda bu əlamətlər varsa, koronavirus ola bilər
Valideynlərin nəzərinə - Uşaqlarınızda bu əlamətlər varsa, koronavirus ola bilər

Koronavirusun “Britaniya” ştammı adlanan yeni növü ilk dəfə 2020-ci ilin sentyabrında Kent qraflığında müəyyən olunub. Qısa zaman ərzində yeni ştamm sürətlə yayılaraq Britaniyanın bütün ərazilərində aşkarlanıb.

Bu virus əsasən öskürək, güclü yorğunluq, boğaz və əzələ ağrıları kimi simptomlarla xarakterizə olunur. Bununla yanaşı, Böyük Britaniyanın Milli Statistika Xidməti müəyyənləşdirib ki, yeni ştamda iybilmə qabiliyyətinin itirilməsi “Çin” variantına nisbətən özünü daha zəif büruzə verir. Təşkilat İngiltərədə COVID-19-a tutulmuş 6 min təsadüfi sakindən götürülən məlumatlar əsasında bu nəticəyə gəlib. Yoluxanların çoxunda bu üç simptomdan ən azı biri aşkarlanıb.

Tədqiqatlar zamanı 2020-ci il noyabrın ortalarından 2021-ci il yanvarın ortalarınadək xəstələnən insanlardan götürülən analizlərin nəticələri nəzərə alınıb. Yeni ştamma yoluxmuş 3,5 min nəfərlik qrupda 35 faiz öskürəkdən, 32 faiz yorğunluqdan, 25 faiz əzələ və ümumən bədəndəki, 21,8 faiz isə boğazdakı ağrılardan şikayətlənib.Müəyyənləşdirilib ki, xəstələrin 16 faizində dadbilmə, 15 faizində isə iybilmə qabiliyyəti itib. Baş ağrısı, tənəffüs, ishal və qusma ilə bağlı məlumatlar eyni olub.

İngiltərədə aparılan son elmi tədqiqatda isə göstərilir ki, virusun mutasiyaya uğramış formasının yoluxdurma əmsalı SARS-CoV-2-in yoluxdurma əmsalından minimum 35 faiz daha böyükdür. Eyni zamanda mutasiya olunmuş viruslu xəstənin ətrafındakıları yoluxdurma faizi 15 faizdir.

Ümumdünya Səhiyyə Təşkilatının həftəlik epidemioloji bülletenində qeyd olunur ki, keçən həftə virusun müxtəlif variantları barədə məlumat verən ölkələrin sayı artmaqda davam edib. VOC 202012/01 koronavirusundan başqa, ilk dəfə Cənubi Afrikada aşkar olunmuş 501Y.V2 ştammının coğrafiyası da genişlənərək (daha 6 ölkə) 64 ölkəyə çatıb. Əvvəlcə Braziliya və Yaponiyada təsbit edilən P.1 ştammı da daha 6 ölkədə aşkar edilib və indi bu mutant növü 38 ölkədə dolaşmaqdadır.

Britaniya ştammı digər koronavirus növlərindən fərqli olaraq uşaqlar üçün daha təhlükəlidir.

Bizimyol.info-ya açıqlaması zamanı tanınmış həkim, hazırda Türkiyədə Hacettepe Xəstəxanasında koronavirusla mübarizədə ön cəbəhədə mübarizə aparan həmyerlimiz Turanə Rəsulova bildirib ki, bu yeni yaranan ştammın uşaqlarda xəstəlik yaratmaq faizi daha yüksəkdir.

Turanə Rəsulova Turanə Rəsulova

“Bu uzun müddət müzakirələrə səbəb oldu. Ümumiyyətlə yoluxuculuğu yüksək olduğu üçünmü uşaqlarda daha çox xəstəlik törədir? Faiz nisbəti ilə uşaqlar daha çox xəstələnir yoxsa bu digər virusdan fərqli olaraq onlarıdamı xəstələndirməyə başladı? Onu deyə bilərəm ki, əvvəllər 0-9 yaş qrupu risk qrupu hesab olunmurdu. Demək olar ki, bu yaş qrupunda olan uşaqlarda koronavirusa heç rast gəlinmirdi. Son zamanlar onu görürük ki, uşaqlar koronavirusu yüngül keçirtsələr belə, 4-6 həftə müddətində uşaqlarda MİS-C deyilən multiimpramatuar sindromla özünü biruzə verə bilir. Əvvəl qızdırma, ardınca isə bədəndə səpkilər görünür. Valideynlər bəzən başqa səbəbdən olduğunu düşünürlər, amma bu əlamətlər göründüyü zaman mütləq şəkildə həkimə müraciət etməlidirlər. Əgər koronavirusdursa, uyğun müalicə aparmaq lazımdır.

Həkim onu da qeyd edib ki, uşaq xəstələnmə hallarının sayı artıb.

“Bu da Britaniya ştammına bağlı olduğu düşünülür. Artıq uşaqlar da böyük risk qrupudur və 0-9 yaş arasında daha çox yayıldığı üçün məktəblərin açılması, uşaqların bir yerə toplanması virusun yayılmasında təməl rol oyacaq. Bu səbəblə də bir çox ölkələrdə təhsillə bağlı məhdudiyyətlər qoyulur və online təhsil sisteminə keçilir”,-deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »