Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ-Rusiya qarşıdurması bizim xeyrimizədir"
"ABŞ-Rusiya qarşıdurması bizim xeyrimizədir"

Tofiq Zülfüqarov : ABŞ rəsmən bizə borcludur

Dünən ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Bu, iki ölkənin dövlət başçıları arasında ilk rəsmi təmasdır. Bu məktub Baydenlə Putin arasında yaşanan kəskin böhran günlərinə təsadüf edib. Bizimyol.info Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovla elə bu mövzular ətrafında söhbət edib. Müsahibəni təqdim edirik:

- Tofiq bəy, Bayden Admnistrasiyasının Ermənistana meylli mövqe sərgiləyəcəyi öncədən bəlli idi. Yaxın günlərdə bizə və Türkiyəyə qarşı yeni admnistrasiyadan hansı hücumlar ola bilər?

- ABŞ-dakı güclü ermənipərəst diaspor istəyəcək ki, ABŞ öz vədlərini , onların istəklərini reallaşdırsın. Seçkilərdən qabaq təkcə bizə yox , qardaş Türkiyəyə qarşı da tənqidi fikirlər səsləndirdi, bildirildi ki, hətta əlaqələrə yenidən baxılmaldır. Biz bir amili də nəzərdə saxlamalıyıq ki, Rusiya ABŞ arasındakı böhran kəskin fazaya keçib, Rusiya səfirini geri çağırıb və Minsk qrupu hadisələrdən kənarda qalıb. İndi bölgədə Rusiya Türkiyə tandemi var və bu, Qərb tərəfindən xoş qarşılanmır. Bu baxımdan gələcək bir neçə ayda ən azı apreldə ABŞ tərəfindən Azərbaycana və Türkiyəyə qarşı tənqidi sənədlərin çıxması istisna deyil. Ən azından konqress səviyyəsində. Artıq bu layihələr irəli sürülür. Və ənənəvi mövzu olan soyqırımı mövzusu da disapor tərəfindən akltiv şəkildə istifadə olunacaq. İlk növbədə Türkiyəyə qarşı.

- Dünən Prezidentimizə ünvanlanan məktubda ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olduğunu xatırladan C.Bayden ölkəsinin firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına çalışacağını bəyan edib. ABŞ regionda öz varlığını bəyan edirdi?

- Bəli, bu əsas mövzudur. Amma hər məsələdə müsbət hal axtarmaq lazımdır. Ermənistanın öz içində qərbpərəstlər və rusiyapərəstlər var və bu, parçalanma yaradır. ABŞ-da olan diaspor Paşinyanı dəstəkləyir. Bu, bizim xeyrimizədir. Baydenin Minsk qrupunu yada salmasına gəlincə, 2 ay bundan qabaq həmsdərlər Azərbaycana gəlmişdilər və cənab Prezident çox yüksək diplomatik səviyyədə keçirdiyi bu görüşdə onlara layiqli cavab verdi. Onlar status məsələsini həll etməyə gəldiklərini dedilər. Prezident bildirdi ki, biz problemi sizin iştirakınız olmadan həll etmişik və siz dəvətsiz gəlmisiniz. Qərb tərəfindən yaxın aylarda Ermənistandakı qərbyönümlü müxalifətə dəstək gələcək. Görsənir ki, Türkiyə və Rusiyanın bölgədə əlbir olması bu güclərə əl vermir və onlar bu əməkdaşlığı pozmağa çalışacaqlar.

- Bunu nə formada edəcəklər və ya edə bilərlər?

- Bu Ermənistanın istəkləri kimi statusun qaytarılması və Minsk qrupunun formatının bərpası ola bilər. Ermənilərin kompakt şəkildə yaşadıqları Qarabağda reinteqrasiyanı Türkiyə və Rusiyanın yardımı ilə həll edəcəyik. Amma Minsk qrupunun gəlişi ilə hər ölkə öz mövqeyini sərgiləyəcək. Fransa bir söz deyəcək, ABŞ başqa söz. Oyunçuların artması bizim xeyrimizə olmayacaq. Biz öz sözümüzü artıq bu mövzuda demişik və bizə onların gəlişi maraqlı deyil. Ona görə ABŞ Türkiyənin prosesdə olmasına razılıq verəcək. Çünki Türkiyə həmişə bölgədə Qərbin maraqlarının təmin olunmasına yardım edib. Bir neçə ay sonra Qərb istəyəcək ki, Rusiyaya qarşı öz siyasətində Türkiyədən istifadə etsin. Bu Türkiyəyə yeni manevr imkanları yaradacaq və bizim xeyrimizə olacaq. Qərbin ermənipərəst mövqeyi zəifləyəcək. Türkiyə diplomatiyası çox təcrübəlidir. O bu imlkanlardan həm öz, həm də bizim xeyrimizə istifadə edəcək. Buna heç şübhəmiz yoxdur. Amma bu çox yaxın gələcəkdə olmayacaq. Rusiya Türkiyə tandemini pozmaq üçün Qərb onu öz tərfinə çəkmək istəyəcək.

- Bayden Admnistarsiyası Türkiyəni soyqırım bəndi ilə tənqid edəcək, bəs bizə qarşı əllərində nə var?

- Bizimlə bağlı onlar hərbi əsirlər mövzusunu qaldırırlar və bir də yalançı xəbərləri istifadə edirlər, guya hansısa muzdlular bizim sıralarımızda onlara qarşı döyüşüb. Amma bizim əlimizdə buna qarşı güclü faktlar var. Biz mülki əhaliyə əziyyət vermədən əməliyyatlar keçirdik. Onların Gəncəyə, Bərdəyə atdıqları raketləi dünya gördü. Qısası, biz bu dövrü yaşamalıyıq. Admnistrasiya təzə gəlib. O, seçki kampaniyasında Ermənistana böyük vədlər verib. Söz yox ki, verilən bütün vədlərə əməl etməyəcək. Amma hər bir halda biz bu yolu keçməliyik. Qərbin burada ayrı imkanları yoxdur. Türkiyə-Rusiya tandemi onların fəaliyytini neytrallaşdırır.

- Siyasi tərəfi bildik. Bəs qitisadi əlaqələr baxımından bizim nə üstünlüyümüz ola bilər?

- Biz Ermənistan və Gürcüstan deyilik. Ermənistan və Gürcüstan investisiya gözləyirlər. Azərbaycan isə əksinə, öz gücü ilə hərəkət edir. Biz, üstəlik özümüz investisiyalar yatırırıq. Yaddan çıxarmaq olmaz ki, ABŞ rəsmən bizə borcludur. Biz öz valyuta rezervlərimizin bir hissəsini dövlət kağızıları ilə almışıq və onlar bizə borcludurlar. Bu üstünlüyü istifadə edə biləcəyik.

- ABŞ Qarabağda öz şirkətlərini görmək istədiyini deyə bilərmi?

- Bunu qazanmaq lazımdır. Cənab Prezident bunu bəyan elədi ki, kim orada iş görə bilər. ABŞ bunu istəyirsə, heç olmasa, hər bir təbrikdə, byanatda bizim ərazi bütövlüyümüzü qəbul eləmələri barədə fikirlər səsləndirsinlər. Heç olmasa, bunu desinlər. Yoxsa yazıb ki, mən Minsk qrupunun üzvü kimi sülhü təşfiq edəcəyəm, filan. Bu, bizə lazım deyil. Hər halda mən belə düşünürəm.

- ABŞ-Rusiya böhranı bizə necə təsir edəcək?

- Qələbədən sonra təhlükə nə idi? Əgər bölgədə Rusiya-Türkiyə tandemi yaranmasaydı, Rusiya prosseslərə Minsk qrupu daxilində girəcəkdi. İndi onların münasibətləri kəskinləşəndən sonra Rusiya Türkiyə ilə daha sıx əməkdaşlığa üstünlük verəcək, Qərbin gəlişini kəskin şəkildə istəməyəcək. Bu da bizim ziyanımıza olmayacaq.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »