Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Öllkəmizdə mütəmadi olaraq əfv sərəncamlarının imzalanması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir”
Müşfiq Cəfərov

“Azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən əfv haqqında sərəncamların imzalanması, eləcə də amnistiya aktlarının qəbul olunması xüsusi əhəmiyyətə malikdir”.

Bunu Bizimyol.info-ya Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, hər bir hüquqi və demokratik dövlətdə insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur: “Ölkəmizdə də həyata keçirilən siyasətin mərkəzində vətəndaş amili dayanır. Dövlətimiz qəbul olunan bütün qərarlarda vətəndaşların mənafeyini əsas tutur. Azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən əfv haqqında sərəncamların imzalanması, eləcə də amnistiya aktlarının qəbul olunması xüsusi əhəmiyyətə malikdir. Bu, dövlətin humanizm siyasətini əks etdirən mühüm göstəricilərdən biridir. Azərbaycanda məhkumların əfv olunması həm ölkə prezidentinin imzaladığı fərman və sərəncamlar, həm də Milli Məclisin qəbul etdiyi amnistiya aktları əsasında müntəzəm olaraq həyata keçirilir”.

Deputat qeyd edib ki, humanizm bütün dövlətlərin siyasətinin mühüm tərkib hissəsi olmalıdır: “Azərbaycanda bu siyasətin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Cənab prezident hər zaman humanizm və insanpərvərlik dəyərlərinə böyük önəm verib və bunu dövlət siyasətinin bütün istiqamətlərində daim nümayiş etdirib. Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamları və fərmanlarının icrası nəticəsində minlərlə məhkum öz azadlığına qovuşub və ya cəzaları qanunvericiliyə uyğun olaraq azaldılıb.

Azərbaycanda ölüm hökmünün aradan qaldırılması, əfv sərəncamlarının, amnistiya aktlarının qəbul olunması ilə məhkumların yenidən azadlığa qovuşub cəmiyyət üçün yararlı şəxsiyyətə çevrilməsi imkanının verilməsi məhz dövlət siyasətinin aparıcı istiqamətlərindən biridir.

Sözsüz ki, ölkəmizdə mütəmadi olaraq əfv sərəncamlarının imzalanması, amnistiya aktlarının qəbul olunması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir. Əfv olunan vətəndaşlar dövlətin onlara olan inam və etibarını daim hiss edirlər. Yəni Azərbaycan ictimaiyyəti humanizm nümunəsi olan bu addımları olduqca yüksək qiymətləndirirlər”.

Paylaş »
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »