Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Prezidentin əfv sərəncamı milli həmrəyliyimizin daha da möhkəmləndirilməsinə istiqamətlənmiş növbəti humanist addımdır”
Həbsxana, xəzaçəkmə müəssisəsi, əfv fərmanı

“Cənab Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Dünən imzalanan əfv sərəncamı şamil olunduğu şəxslərin sayına görə ən böyük aktlardan biridir. Belə ki, Sərəncamla 625 məhkum əfv edilib, onlardan 475 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad olunub, 98 şəxsin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olmuş 3 şəxsin cəzası 25 il müddətdə azadlıqdan məhrumetmə ilə əvəz edilib, 49 nəfər isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan müxtəlif cəzalardan azad olunub. Dövlət başçısının bu sərəncamının Novruz bayramı ərəfəsində imzalanması dövlətimizin humanist və insanpərvər mövqeyinin növbəti dəfə nümayişidir. Ölkəmizin başçısı Novruz bayramına bir neçə gün qalmış imzaladığı bu sərəncamla yüzlərlə ailəni sevindirdi. Bu, Prezident İlham Əliyev tərəfindən milli həmrəyliyimizin daha da möhkəmləndirilməsinə istiqamətlənmiş növbəti humanist addım kimi qiymətləndirilməlidir”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Tamam Cəfərova Tamam Cəfərova

Deputat qeyd edib ki, humanizm prinsiplərinə əsaslanan bu sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq verilmişdir: “Onu da qeyd edim ki, sonuncu sərəncama qədər ölkəmizin başçısı tərəfindən 35 əfv sərəncamı imzalanıb, yüzlərlə, minlərlə, təxminən 5 mindən artıq insan, məhkum əfv olunub yenidən ailəsinə qovuşub”.

T. Cəfərova xüsusilə vurğulayıb ki, məhz Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə dövlətimizin başçısı tərəfindən ardıcıl olaraq həyata keçirilməkdədir: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən bu humanizm siyasəti ölkəmizdə insan amilinin prioritet təşkil etdiyinin bariz örnəyidir. Bu baxımdan, dövlət başçısı tərəfindən imzalanan əfv sərəncamları cəmiyyətdə humanizm və həmrəylik ideyalarını möhkəmləndirir. Eyni zamanda qeyd etməliyik ki, qanunçuluq prinsiplərinə əsaslanan əfv sərəncamları vətəndaş-dövlət münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradır”.

Deputat bildirib ki, əfv sərəncamları mahiyyəti etibarilə, şamil olunduğu insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirən, layiqli vətəndaş olmağa sövq edir: “Bu baxımdan, dövlətin, Prezident İlham Əliyevin humanist siyasətini xalqımız, cəmiyyətimiz yüksək qiymətləndirir”.

Sonda millət vəkili bildirib ki, əfv etmək, bağışlamaq böyük, müdrik, dahi şəxsiyyətlərə, uzaqgörən siyasətçilərə məxsusdur: “Dövlətimizin başçısı, cənab İlham Əliyev də məhz belə böyük liderlərdəndir . Bu, növbəti, humanist addıma görə dövlətimizin başçısına minnətdarlığımızı bildirir, Ona yorulmaz fəaliyyətində uğurlar arzulayırıq”.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
Son xəbərlər
Bütün xəbərlər »