Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu əfv sərəncamı şamil olunduğu şəxslərin sayına görə ən böyük aktlardan biridir"
İlham Əliyev

“Cənab Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Dünən imzalanan əfv sərəncamı şamil olunduğu şəxslərin sayına görə ən böyük aktlardan biridir. Belə ki, Sərəncamla 625 məhkum əfv edilib, onlardan 475 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad olunub, 98 şəxsin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olmuş 3 şəxsin cəzası 25 il müddətdə azadlıqdan məhrumetmə ilə əvəz edilib, 49 nəfər isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan müxtəlif cəzalardan azad olunub. Dövlət başçısının bu sərəncamının Novruz bayramı ərəfəsində imzalanması dövlətimizin humanist və insanpərvər mövqeyinin növbəti dəfə nümayişidir. Ölkəmizin başçısı Novruz bayramına bir neçə gün qalmış imzaladığı bu sərəncamla yüzlərlə ailəni sevindirdi. Bu, Prezident İlham Əliyev tərəfindən milli həmrəyliyimizin daha da möhkəmləndirilməsinə istiqamətlənmiş növbəti humanist addım kimi qiymətləndirilməlidir”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Tamam Cəfərova Tamam Cəfərova

Deputat qeyd edib ki, humanizm prinsiplərinə əsaslanan  bu sərəncam  məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq verilmişdir: “Onu da qeyd edim ki, sonuncu sərəncama qədər ölkəmizin başçısı tərəfindən 35 əfv sərəncamı imzalanıb, yüzlərlə, minlərlə, təxminən 5 mindən artıq insan, məhkum əfv olunub yenidən ailəsinə qovuşub”.

T.Cəfərova xüsusilə vurğulayıb ki, məhz Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə dövlətimizin başçısı tərəfindən ardıcıl olaraq həyata keçirilməkdədir: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən bu humanizm siyasəti ölkəmizdə insan amilinin prioritet təşkil etdiyinin bariz örnəyidir. Bu baxımdan, dövlət başçısı tərəfindən imzalanan əfv sərəncamları cəmiyyətdə humanizm və həmrəylik ideyalarını möhkəmləndirir. Eyni zamanda qeyd etməliyik ki, qanunçuluq prinsiplərinə əsaslanan əfv sərəncamları vətəndaş-dövlət münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradır”.

Deputat bildirib ki, əfv sərəncamları mahiyyəti etibarilə, şamil olunduğu insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirən, layiqli vətəndaş olmağa sövq edir: “Bu baxımdan, dövlətin, Prezident İlham Əliyevin humanist siyasətini xalqımız, cəmiyyətimiz yüksək qiymətləndirir”.

Sonda millət vəkili bildirib ki, əfv etmək, bağışlamaq böyük, müdrik, dahi şəxsiyyətlərə, uzaqgörən siyasətçilərə məxsusdur: “Dövlətimizin başçısı, cənab İlham Əliyev də məhz belə böyük liderlərdəndir . Bu, növbəti,  humanist addıma görə dövlətimizin başçısına minnətdarlığımızı bildirir, ona yorulmaz fəaliyyətində uğurlar arzulayırıq”.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info-ya bildirib ki, azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən əfv haqqında sərəncamların imzalanması, eləcə də amnistiya aktlarının qəbul olunması xüsusi əhəmiyyətə malikdir.

Müşfiq Cəfərov Müşfiq Cəfərov

Deputat qeyd edib ki, hər bir hüquqi və demokratik dövlətdə insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur: “Ölkəmizdə də həyata keçirilən siyasətin mərkəzində vətəndaş amili dayanır. Dövlətimiz qəbul olunan bütün qərarlarda vətəndaşların mənafeyini əsas tutur. Azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən əfv haqqında sərəncamların imzalanması, eləcə də amnistiya aktlarının qəbul olunması xüsusi əhəmiyyətə malikdir. Bu, dövlətin humanizm siyasətini əks etdirən mühüm göstəricilərdən biridir. Azərbaycanda məhkumların əfv olunması həm ölkə prezidentinin imzaladığı fərman və sərəncamlar, həm də Milli Məclisin qəbul etdiyi amnistiya aktları əsasında müntəzəm olaraq  həyata keçirilir”.

Deputat qeyd edib ki, humanizm bütün dövlətlərin siyasətinin mühüm tərkib hissəsi olmalıdır: “Azərbaycanda bu siyasətin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Cənab prezident hər zaman humanizm və insanpərvərlik dəyərlərinə böyük önəm verib və bunu dövlət siyasətinin bütün istiqamətlərində  daim nümayiş etdirib. Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamları və fərmanlarının icrası nəticəsində minlərlə məhkum öz azadlığına qovuşub və ya cəzaları qanunvericiliyə uyğun olaraq azaldılıb.

Azərbaycanda ölüm hökmünün aradan qaldırılması, əfv sərəncamlarının, amnistiya aktlarının qəbul olunması ilə məhkumların yenidən azadlığa qovuşub cəmiyyət üçün yararlı şəxsiyyətə çevrilməsi imkanının verilməsi məhz dövlət siyasətinin aparıcı istiqamətlərindən biridir.

Sözsüz ki, ölkəmizdə mütəmadi olaraq əfv sərəncamlarının imzalanması, amnistiya aktlarının qəbul olunması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir. Əfv olunan vətəndaşlar dövlətin onlara olan inam və etibarını daim hiss edirlər. Yəni Azərbaycan ictimaiyyəti humanizm nümunəsi olan bu addımları olduqca yüksək qiymətləndirirlər”.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »