Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Prezidentin əfv sərəncamı dövlətin apardığı humanist siyasətin, vətəndaşına qayğısının bariz nümunəsidir”
İlham Əliyev

Martın 18-də prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam imzalayıb.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info-ya bildirib ki, Prezident İlham Əliyevin “məhkum edilmiş bir sıra şəxslərin əhv olunması haqqında” imzaladığı növbəti sərəncam Azərbaycan cəmiyyəti tərəfindən müsbət qarşılandı.

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

“Sərəncamın hər bir azərbaycanlının sevimli bayramı, Novruz bayramı ərəfəsində verilməsi yüzlərlə aiənin sevincinə səbəb olmaqla bərabər ölkə başçısının hər zaman humanizm dəyərlərinə sadiqliyinin göstəricisidir”,-deyə N.Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, bundan əvvəl də dövlət başçısı tərəfindən əfv sərəncamları verilib: “Əfv sərəncamlarından başqa Birinci vise-Prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclisdə amnistiya qanunları qəbul olunmuşdur. Nəticədə bir dəfə qanunları pozmuş minlərlə vətəndaş azadlığa qovuşmuşdur. Yəni, Azərbaycan hakimiyyəti cinayət törətmiş insanları qanuna müvafiq şəkildə cəzalandırmaqla bərabər, islah olunmağa meylli, cəzasının müəyyən hissəsini çəkmiş vətəndaşlara normal həyata qayıtmaq şansı verir. Bu da dövlətin apardığı humanist siyasətin, öz vətəndaşına qayğısının bariz nümunəsidir.

Nəticə etibarilə dövlət başçısı tərəfindən əfv sərəncamlarının verilməsi, Azərbaycan cəmiyyətində milli birliyin, həmrəyliyin daha da möhkəmlənməsinə istiqamətlənmiş addım kimi qiymətləndirilir”.

Qeyd edək ki bu sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.

Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər cəzadan azad ediliblər.

Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər cəzadan azad olunublar.

Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad ediliblər.

Paylaş »
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
Son xəbərlər
Bütün xəbərlər »