Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistana qaz Azərbaycan ərazisindən gedəcək: “Masaya oturacaq heç nəyimiz qalmaya bilər”
Qaz

SOCAR və "Qazprom Export" şirkəti Rusiya qazının nəqli üzrə qısamüddətli müqavilə imzalayıb.

Rusiya mətbuatının verdiyi məlumata görə, bu, "Şimali Qafqaz – Zaqafqaziya" qaz kəmərində planlı təmir işləri zamanı Ermənistandakı istehlakçılara qaz tədarükünün (Azərbaycan ərazisi ilə – red.) davam etdirilməsinə imkan verəcək.

Məlumata görə, iki tərəf arasında müqavilə martın 16-da imzalanıb. Müqaviləyə əsasən, sözügedən qaz kəmərinin Rusiya hissəsində aparılacaq planlı profilaktik təmir işləri zamanı qaz istehlakçılara Azərbaycan ərazisi ilə Gürcüstan sərhədinədək çatdırılacaq. Qeyd olunur ki, təmir işləri üç həftəyə yaxın davam edə bilər. İşlər bitdikdən sonra qazın nəqli əvvəlki marşrutla – Rusiya və Gürcüstan sərhədindən nəql ediləcək.

SOCAR-dan bildirilib ki, "Şimali Qafqaz – Zaqafqaziya" magistral boru kəmərində müvəqqəti təmir işləri aparılır.

"Bununla əlaqədar Rusiya tərəfi özünə məxsus olan təbii qazın Azərbaycan ərazisindən Gürcüstan ərazisinə tranzit nəqli ilə bağlı Azərbaycana müraciət etmiş, müvafiq ödəniş müqabilində Rusiya qazının Azərbaycan üzərindən Gürcüstana müvəqqəti tranzit nəqli ilə bağlı razılıq əldə olunub", - deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Siyasi şərhçi Turab Rzayev Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Ermənistana gedən qaz xəttinin Azərbaycandan keçməsinin həm mənfi, həm də müsbət tərəfləri var.

Turab Rzayev Turab Rzayev

“Mənfi tərəfləri ondan ibarətdir ki, artıq Ermənistan bizim ərazimizdən nəqliyyat koridorundan sonra indi də qaz xəttlərinin çəkilməsini alarsa, gələcəkdə bizim onlara verəcəyimiz bir şey qalmayacaq. Biz onlara qaz xətti, yol açmışıqsa, əsirləri də qaytarmışıqsa, minalar xəritəsini istədikdə artıq bizim onlarla bazarlıq edəcək, masaya oturacaq heç nəyimiz qalmaya bilər. Bu məsələlərdə biz xoşməramlı addım atdıqda, qarşı tərəfdən də xoşməramlı addım gözləməliyik.

Rusiya tərəfi bu qaz xəttinin Azərbaycandan keçməsini Gürcüstanla yaranmış problemlərlə əlaqələndirir. Amma ora çox dağlıq ərazi olduğu üçün onsuzda daimi olaraq Gürcüstanla sərhəddə nəqliyyatda, qaz xətlərində problem yaranırdı”.

Siyasi şərhçinin sözlərinə görə, müsbət tərəfi odur ki, bu qaz xətti daimi olarsa, Ermənistan bizdən asılı hala düşə bilər.

“Dağlıq Qarabağdakı erməni camiasını nə qədər bizdən asılı hala salsaq, bizimlə daha çox iç-içə olsalar onlar üzərindəki idarə mexanizmimiz artar. Ölkə olaraq bu bizim xeyrimizədir”,-deyə qeyd edib.

Leyla Mirzə

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »